PREZİDENT ASİM MOLLAZADƏYƏ "ŞÖHRƏT" ORDENİ VERDİ

07/06/2013 20:14

PREZİDENT ASİM MOLLAZADƏYƏ "ŞÖHRƏT" ORDENİ VERDİ
7.6.2013
PREZİDENT ASİM MOLLAZADƏYƏ "ŞÖHRƏT" ORDENİ VERDİ

Prezident İlham Əliyev Demokratik İslahatlar Partiyasının sədri Asim Nazim oğlu Mollazadəni mükafatlandırıb. 
 
“Qafqazinfo” xəbər verir ki, ölkənin ictimai-siyasi həyatında fəal iştirakına görə Asim Mollazadə “Şöhrət” ordeni ilə təltif edilib. 
 
Qeyd edək ki, Asim Mollazadə 1994-cü ilin yanvarından – 2005-ci ilin aprelinədək – Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin xarici məsələlər üzrə müavini, 2001-ci ilin yanvarından 2005-ci ilin noyabrınadək – Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin üzvü, AŞ PA-nın Yaxın Şərq altkomitəsinin sədri, monitorinq və siyasi komitələrinin üzvü, AŞ PA-nın Belorusiya üzrə məruzəçisi, 2005-ci ilin 4 iyulunda Demokratik İslahatlar Partiyasının təsis qurultayında partiyanın sədri seçilib.
 
Onu da əlavə edək ki, dünən partiya sədri 60 yaşını qeyd edib. 

—————

Back


Categories


Contact

media news

Баку
Азербайджан
1073


+99412 4343413