PREZİDENT RAMİZ MEHDİYEVLƏ BAĞLI RZA İBADOVA NƏ MƏSLƏHƏT GÖRÜB? - «Özün «xod» tap...»

16/05/2013 21:59

 

PREZİDENT RAMİZ MEHDİYEVLƏ BAĞLI RZA İBADOVA NƏ MƏSLƏHƏT GÖRÜB? - «Özün «xod» tap...»
 
Tarix: 25.04.2013 | Saat: 14:55 | E-mail | Çapa göndər | Sosial şəbəkədə paylaş
Şrift ölçüsü : - / +

ƏLİYEVLƏRİN KÜRƏKƏNİ MANDATI 500 MİNƏ ALIBMIŞ



Azərbaycan hakimiyyəti daxilindəki düşmənlərindən qaçaraq Fransada siyasi sığınacaq almış keçmiş ABU rektoru Elşad Abdullayev ifşaedici materiallar yaymaqda davam edir. Məlum olduğu kimi, keçmiş rektor dünən Gülər Əhmədova ilə mandat bazarlığına dair videonun tam versiyasını yayıb. Saat yarımlıq videomaterialda, sözün əsl mənasında şokedici söhbətlər öz əksini tapıb.

Elşad Abdullayevin Sevinc Babayeva ilə təkbətək söhbətində Azərbaycan hakimiyyətinin daxilində kök atmış şəbəkənin korrupsioner mahiyyəti ifşa olunur. Bu söhbətdən belə görünür ki, Sevinc Babayevanın hakimiyyət daxilində kifayət qədər ciddi əlaqələri və məlumatları olub. Çox güman ki, elə buna görə də onu aradan götürdülər ki, gələcəkdə arzuolunmaz şahidə çevrilməsin. 

Sonuncu videoda Sevinc Babayevanın Elşad Abdullayevə verdiyi məlumatlar sırasında bir neçəsi xüsusilə diqqəti çəkir. 

Məsələn, S.Babayeva mandatı pula almış bir neçə deputatın adını çəkir. Deyir Rövnəq Abdullayev mandata 2 milyon verib. 2005-ci il seçkilərində onun rəqibi olmuş Rza İbadov prezidentlə görüşüb və İlham Əliyev deyib ki, Ramiz Mehdiyevə onun xahişini edə bilməz, məsləhət görüb ki, Ramiz Mehdiyevə özü «xod» tapsın...

Deputat Rövşən Rzayev mandatı 500 minə alıb, amma bir şərtlə ki, bundan sonra Xanlar rayonu (İndiki Göygöl) «onluqdur», icra başçısı, polis rəisi, hamısını o müəyyənləşdirəcək.
Sevinc Babayevanın Rövşən Rzayevlə bağlı açıqladığı ən maraqlı məlumat isə onun Bəylər Əyyubov və Vasif Talıbovla bacanaq olması, yəni prezident İlham Əliyevin bibisi nəvəsini almasıdır. Bu fakt bizim üçün yenilik idi və kiçik sorğu apararaq əmin olduq ki, çoxları Rövşən Rzayevin deputatlığının arxasında dayanan bu sirrdən məlumatsız olub. 

Burdan daha bir maraqlı nəticə də çıxır. Rövşən Rzayev Bəylər Əyyubov və Vasif Talıbov kimi qüdrətli adamların bacanağı olmasına, hakim ailənin kürəkəni sayılmasına baxmayaraq yenə də mandatı rüşvətlə alıbsa, deməli həqiqətən də bu məsələdə heç kimə güzəşt yoxdur - siyahını tutan üçün «mandat istəyirsənsə əlin cibində olsun» prinsipi pozulmazdır. 

Rasim ƏLİYEV

 

—————

Back


Categories


Contact

media news

Баку
Азербайджан
1073


+99412 4343413