Prezident yeraltı dayanacağın açılışını edib

15/10/2013 11:23

Prezident yeraltı dayanacağın açılışını edib- Fotolar

bitmap-img6

Hökumət evinin qarşısındakı ərazidə yeraltı avtomobil dayanacağı istifadəyə verilib

 

 
Dünən Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağı istifadəyə verilib.
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dayanacaqda yaradılan şəraitlə tanış olub.
 
“Qafqazinfo” xəbər verir ki,  Dövlət başçısının tapşırıqlarına uyğun olaraq Bakı şəhərinin infrastrukturunun təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində məqsədyönlü tədbirlər ardıcıl olaraq davam etdirilir. Paytaxtın yol infrastrukturu tamamilə yenidən qurulur, müasir körpülər və yol ötürücüləri, yeraltı və yerüstü piyada keçidləri inşa olunur, yeni parklar və xiyabanlar salınır, şəhərdə nəqliyyatın hərəkətinin intensivliyinin təmin olunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir.
 
Dənizkənarı Milli Parkın yenidən qurulması və müasirləşdirilməsi paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının bu istirahət guşəsinə marağını artırıb. Burada keçirilən maraqlı tədbirləri izləmək və istirahət etmək üçün avtomobillərlə gələnlərin sayının artması bulvaryanı ərazilərdə tıxaclar və piyadalar üçün təhlükə yaradırdı. Dövlət başçısı bütün bunların aradan qaldırılması üçün paytaxtın Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağının tikilməsi ilə bağlı göstəriş vermişdir. Hər mərtəbəsi 30 min kvadratmetr və ya 2 min avtomobil tutumuna malik olan yeraltı dayanacağın inşasına 2012-ci ildə başlanılmışdır. Ötən dövr ərzində dövlətimizin başçısı mütəmadi olaraq burada həyata keçirilən inşaat prosesinin gedişi ilə maraqlanmış, tikinti işlərinin ən yüksək standartlara uyğun şəkildə icra olunması ilə bağlı vaxtaşırı tapşırıqlarını verirdi.
 
İnşaat işləri qısa vaxt ərzində ən müasir standartlara uyğun şəkildə başa çatdırılıb.
 
Prezident İlham Əliyev yeni yeraltı avtomobil dayanacağı ilə tanış olub.
 
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlər barədə dövlət başçısına məlumat verib.
 
Bildirildi ki, yeraltı avtomobil dayanacağı ən müasir avadanlıq və sistemlərlə təchiz olunub. Keçidlərdə bütün iqlim şəraitində işləyən müasir eskalatorlar quraşdırılıb. Dayanacaqda bütün sistemlər avtomatik olaraq fəaliyyət göstərir. Dayanacağın giriş və çıxışlarında su tutumları, müasir tələblərə cavab verən drenaj sistemləri, yağıntının normadan artıq olması nəzərə alınaraq əlavə su nasosları quraşdırılıb. Burada işçilər üçün xüsusi otaqlar yaradılıb.
 
Dövlətbaşçısı yeraltı avtomobil dayanacağında yaradılan şəraitdən razılığını bildirdi.
 

—————

Back


Categories


Contact

media news

Баку
Азербайджан
1073


+99412 4343413