Qərbin Rusiyaya qarşı sanksiyaları təsirli ola bilərmi?

29/03/2014 18:28

Qərbin Rusiyaya qarşı sanksiyaları təsirli ola bilərmi?

 

Tarix 29.03.14, 10:48

Font ölçüsü : - / +
 

bitmap-img6

 


"Rusiyanın iqtisadi sistemi, maliyyə sistemi hamısı Qərbə bağlıdır və buna görə də Qərbdən asılıdır".

 

 
Vəfa Quluzadə: " Artıq SSRİ-nin müttəfiqləri və sosializm düşərgəsi mövcud deyil. İndi həmin düşərgə bir mənalı olaraq Rusyiyaya qarşıdır".
 
Qərb Rusiyanı tamamilə təcrid edə bilərmi? Əgər edərsə Rusiyanın İran kimi Qərbdən təcrid olunması dünya siyasətində hansı dəyişikliyə yol aça bilər? Bu suallarla bağlı PİA.az-ın əməkdaşı politloq Vəfa Quluzadəyə müraciət edib.
 
Vəfa Quluzadənin fikrincə Qərbin Rusiyaya qarşı sanksiyaları təsirli olacaq:
 
"Qərbin Rusiyaya qarşı emborqalarının təsiri var və bu təsir zaman keçdikcə daha da artacaq. İstər siyasi sahədə, istərsədə iqtisdi sahədə Rusiya bu sanksiyaların təsirini hiss edir və bundan sonra daha çox hiss edəcək. Qərbin bu emborqaları uzun müddət saxlamaq niyyəti var və məqsəd Putin hakimiyyətini ya tutduğu aqressiya yolundan çəkindirmək, ya da Putin hakimiyyətini bütövlükdə çökdürməkdir. Bu gün Qərb bu cür iradə nümayiş etdirir. Qərb Rusiyanı tamamilə təcrid etməsə də, Rusiyanın iqtisadiyyatı laxlayacaq. Rus xalqında Putin hakimiyyətinə olan etimad da bu yolla sarsılacaq. Məncə, Qərb Rusiyanı 50 faiz təcrid etsə yetərli olacaq. Putin hakimiyyəti bu təzyiqlərə tab gətirə bilməyəcək".
 
Vəfa Quluzadə həmçinin İranla müqayisədə Rusiyanın təzyiqlərə davam gətirə bilməyəcəyini də vurğuladı: 
 
"İranın təcridi ilə Rusiyanın təcridi arasında fərd böyükdür. İran hər şeylə özünü təmin edən, üstəlik qonşu dövlətləri də ərzaqla təmin edən bir ölkədir. İran iqtisadiyyatının Qərbdən asılılığı cüzidir. Qabrdılacaq şəkildə deyil. Ancaq Rusiya ilə məsələ tamam fərqlidi. Artıq SSRİ-nin müttəfiqləri və sosializm düşərgəsi mövcud deyil. İndi həmin düşərgə bir mənalı olaraq Rusyiyaya qarşıdır. Hazırda Rusiyaya ərzaqın, qida məhsullarının və bir çox istehlak mallarının çox hissəsini Qərbdən alır. Yəni Rusiyanın ərzaq təminatı və bir çox mallarla təminatı özündən asılı deyil, Qərbdən asılıdır. Bu durumda Rusiyanın problemləri böyükdür. Həmçinin, Rusiyanın iqtisadi sistemi, maliyyə sistemi hamısı Qərbə bağlıdır və buna görə də Qərbdən asılıdır. Ona görə də Putin hakimiyyətinin bu sanksiyalara duruş gətirə bilməsi çətin məsələdir".
 

—————

Back


Categories


Contact

media news

Баку
Азербайджан
1073


+99412 4343413