Qəzzafinin Avstryadakı pullarını leqallaşdırılmasında Azərbaycan izi - Eksklüziv

26/02/2014 17:36
 
Qəzzafinin Avstryadakı pullarını leqallaşdırılmasında Azərbaycan izi - Eksklüziv
Avstrya Xüsusi Xidmətləri azərbaycanlı keçmiş məmur vasitəsi ilə milyonlarla "çirkli pul"un yuyulması prosesinin həyata keçirilməsinin qarşısını aldı


Avstriya Avropa ölkəsi olmasına baxmayaraq xeyli sayda şübhəli maxinasiyaların həyata keçirilməsinə münbit şərait yaradan qanunlara malikdir. "Yeni Müsavat" qəzeti bir neçə gün öncə  yazıb ki, Avstryada  Qəzzafinin milyonlarla vəsaiti  batıb. Həmçinin  öz ölkəsindən  qaçaraq  burada  siyasi sığınacaq alan Liviyanın neft naziri Şükrü Qanemin cəsədi Dunay çayında tapıldı, müəmmalı şəkildə öldürülən keçmiş nazirin ölüm səbəbi açılmadı və onunda bu ölkədə böyük sərvətinin olduğu bildirilir. Şükrü Qanem həm də zamanında Avstriyanın neft şirkətləriylə böyük müqavilələr bağlamış şəxs idi.

 
Qəzet  həmçinin  azərbaycanlı məmurların da son zamanlar Avstryaya meyl etdiklərini və bu ölkədə bizneslərini qurduğunu iddia edib.
 
Avropa.info isə  keçmiş  Liviya diktatoru  Müəmmər Qəzzafinin  yaxınlarının  Avstryadakı  bizneslərini qorumaq üçün azərbaycanlı keçmiş məmurdan  istifadə etmək istədikləri haqda sensasion məlumat əldə edib. 
 
Ötən ilin dekabr ayında Avropa.info  Londonda yaşayan və Qəzzafi nəslinin biznesinə rəhbərlik edən diktatorun nəvəsi Minqıstab Səmər əl-Qəzzafinin eksklüziv açıqlamasını təqdim etmişdi. Müharibədən öncə Londonda yaşadığını deyən nəvə Qəzzafi  bizneslə məşğul olduğunu və heç bir hərbi cinayətlərdə iştirak etmədiyini bildirmişdi: "Mən bizneslə məşğulam. Qəddafilər nəsli hələ də Liviyaya xeyir verir. Bizim vətənimizə xeyirimiz hələ də dəyir. Hazırda 4 övladım var. Onlar Londonda təhsil alırlar. Biz hansısa hərbi cinayətlərdə iştirak etməmişik. Bizi niyə izləsinlər ki? Hər halda bu varsa da belə, mənim bundan xəbərim yoxdur."
 
Azərbaycanla əlaqələrindən danışan Minqistab Səmər əl-Qəzzafi  çox maraqlıdır ki, OMON-un mərhum komandiri Rövşən Cavadovun  qardaşı , Avstraya vətəndaşlığı alan keçmiş  prokuror  Mahir Cavadovu tanıdığını bildirmişdi: "Babamın hakimiyyəti illərində Azərbaycanla sıx əlaqələr vardı. Azərbaycanın Liviyada ciddi yatırımlarının olduğunu bilirdim. Amma indi məlumatım yoxdur. Bilmirəm yeni hökumətlə bu biznes tərəfdaşlığı davam edir, yoxsa, yox. Azərbaycandan Avstryada mühacir həyatı yaşayan Mahir Cavadovu tanıyıram. Mən bu yaxınlarda onunla görüşmək istəyirdim. Amma Avstriya hökuməti buna icazə vermədi. Biz Mahir Cavadovu çoxdan tanıyırıq".
 
Qeyd edək ki, Minqstab Səmər  əl-Qəzzafi  bu açıqlamanı İsveçrədə vermişdi. Qanlı diktatorun nəvəsi  özü də etiraf etdiyi kimi, Avstryaya getmək istəmiş, lakin Avstrya hökuməti onun Mahir Cavadovla görüşünə imkan verməmiş,məhz bundan sonra İsveçrəyə gələrək  keçmiş prokurorun  hazırda İsveçrədə mühacir həyatı yaşayan yaxınları ilə görüşmüşdü. 
 
Avropa.info-nun  əldə  etdiyi  məlumata görə, nəvə Qəzzafi Mahir Cavadovla hansı səbəbdən görüşmək istədiyini onun yaxınlarına bildirməyərək, keçmiş prokuroru Londona dəvət edib və bu dəvəti onun yaxınları vasitəsi ilə çatdırıb.
 
Bu görüşə şübhəli yanaşan  Mahir Cavadov isə Londona gedib-getməmək barədə tərəddüd edərkən, Minqistab Səmər əl-Qəzzafinin  onunla görüşmək istəyinin əsl səbəbləri bəlli olub.
 
Avstrya Xüsusi Xidmət orqanları  Mahir Cavadovu  vaxtında məlumatlandıra biliblər. Eks-prokurorla görüşən Xüsusi Xidmətin əməkdaşları Mahir Cavadovdan nəvə Qəzzafini haradan tanıdığını soruşublar. Mahir Cavadov isə  bu ailə ilə hər hansısa bir tanışlıqlarının olmadığını bildirib. Bundan sonra  Xüsusi Xidmət əməkdaşları  Minqistab Səmər əl-Qəzzafinin diktatora aid olan biznesini  və "çirkli pul"larını  leqallaşdırmaq üçün  Mahir Cavadovdan istifadə etmək istədiyini onun nəzərinə çatdırıblar. Qeyd  olunub ki,  Qəzzafi  ailəsi bunun üçün Mahir Cavadovun Avstrya vətəndaşı olmasını  və bu ölkənin siyasi dairələrində tanınmasını nəzərə alıblar. Lakin, məsələ bununla bitməyib...
 
Avstraya Xüsusi Xidmətləri Mahir Cavadova  Londona getməməsi barədə xəbərdarlıq da ediblər.

 

—————

Back


Categories


Contact

media news

Баку
Азербайджан
1073


+99412 4343413