Qalmaqallı bina, mərtəbə davası və 156-cı mənzil…

25/07/2013 00:35

Qalmaqallı bina, mərtəbə davası və 156-cı mənzil…

jurnalistlerin evi-2Jurnalistlərin binasından mənzil alan bəzi KİV rəhbərlərinin tərcümeyi-halındakı ilginc nüanslar

Vüqar Səfərli: “O binadan paylanmayan cəmi bircə ev qalıb ki, o da cənab Prezidentin sərəncamındadır”

Prezidentin qələm əhlinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə payladığı evlərin ətrafında qalmaqallar səngimir. Məsələ burasındadır ki, son günə qədər mənzillə təmin olunacaq insanların siyahısı gizli tutuldu və mənzil sahibləri müəyyənləşdikdən sonra kifayət qədər də uğultuya səbəb oldu. Evsiz deyilən ev sahibi olanların içində baş redaktorlar, sədr müavinləri, direktor köməkçiləri, jurnalistikaya aid olan və olmayan xeyli insan da var.

Bu mövzu ətrafında yaranan suallarımızı KİV-ə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərliyə ünvanladıq. Onun sözlərinə görə, mənzillərin bölgüsü şəffaf həyata keçirilib: “Bölgünü də püşkatma ilə elədik. Yəni, burda artıq bizlik heç nə yoxdur. Jurnalistlərdən də soruşun ki, gedişatdan razı qalıblar ya yox. Biz əziyyətini çəkmişik. Bu, bizim işimiz idi, etməli idik. Hətta bina sentyabra hazır olmalı idi. Ancaq biz işləri sürətləndirib mətbuat gününə çatdırdıq. Bütün bu işlərə isə jurnalistlər qiymət verməlidir”.

Evlərin paylanmasından öncə İctimai Televiziyanın əməkdaşlarına ev verilməyəcəyi bildirilsə də, həmin kanalın işçiləri də mənzillə təmin olundu. V.Səfərli kanaldan gələn müraciətlərin sayının çox olduğunu vurğuladı: “Ancaq sonra ordan çoxlu jurnalistlər müraciət etdi. Hansı ki, onlar İTV-nin tikdiyi ev kampaniyasında iştirak etməyib, ev almayıblar. Biz də fikirləşdik ki, onlar da jurnalistdir də. Onların günahı nədir ki, onları kənarda qoyaq? Bir də ki, bu bizlik məsələ deyil. Adminstrasiyadan belə qərara gəlindi ki, İTV-nin də əməkdaşları müraciət etsinlər”.

Hər telekanaldan bir neçə əməkdaşa ev verilməsinə gəlincə, Fond direktoru belə söz deyilmədiyini dilə gətirdi: “Kriteriyalarda bir nəfər portallar və həftəlik qəzetlərə verilmişdi. Televiziyaların bir ordu işçisi var. Biz necə deyə bilərdik ki, bir nəfər versin namizədliyini? Gündəlik qəzetlər var ki, onların 2-3 əməkdaşına ev verilib. Baxır işçilərin sayına. Nəzərə almaq lazımdır ki, televiziyalarda daha çoxdur işçi. Bircə Azərbaycan Televiziyasının çox əməkdaşına ev verilib. O da ki, 3 televiziyanı nəzərə almışıq. Mədəniyyət, İdman və AZTV. Ona görə çox əməkdaşa verilib ev”.

V.Səfərli ilə söhbətimiz aşağıdakı məcrada davam etdi:

- Əvvəlki şərtlərə görə baş redaktorlara ev verilməyəcəkdi. Ancaq bir çox baş redaktora ev verildi…

- Baş redaktorlar hamısı uzun müddət işləyən baş redaktorlardı. Və onlar heç müraciət də etməmişdilər ev üçün. Sonra baxılandan sonra ölkə başçısı ilə də razılaşdırılmışdı ki, evləri jurnalistlərə veririk, ancaq heç olmasa xidməti olan baş redaktorların da mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə onlara da verilsin. Ona görə onlara da verildi.

- Bəs nəşriyyatın direktor müavininin hansı jurnalistlik fəaliyyəti var ki, ona da ev verildi?

- Nəşriyyat da uzun illərdir ki, mətbuatla işləyir. Bildiyimiz kimi, onlar qəzetləri çap edirlər. Ona görə də onları kənarda qoymadıq.

Jurnalistlerin ev bolgusu- Rəşad Məcid mərtəbə davası edib sizinlə?

- ANS-də işləyən Qənirə Ataşova yaxınlaşdı ki, ona verilən mərtəbə ilə razı deyil. Ya 4, ya da 5-ci mərtəbə düşmüşdü ona. Bizdə də bir dənə ev qalmışdı qutunun içində. Kimisə çağırmışdıq, eşitməmişdi. Sonradan çağırıb verdik. Rəşad Məcid deyirdi ki, bax gör həmin ev yuxarı mərtəbədirsə Qənirə Ataşovaya düşən mənzillə dəyişək. Mən də dedim ki, eləmərəm. Dedim ki, xanım, mən hamını yığacam söhbət edəcəyik. Ola bilsin ki, kimsə aşağı mərtəbə istəyir. Onda könüllü dəyişərlər sizinlə. Ancaq başqa cür olmaz. Orda kimsə məndən nəsə artıq-əskik nəsə istəyə bilməzdi. Mən də dedim ki, mən bu günə qədər bu qədər şəffaf iş aparmışam. Xırda bir şeyə görə bu işimə kölgə düşürə bilmərəm.

- 156-cı mənzil kimə veriləcək?

- Həmin o ev ehtiyyatdadır. Prezidentin ehtiyat fondundadır. Onu nə vaxt kimə verəcək, özü bilər. Cəmi bircə ev qalıb ki, o da prezidentin sərəncamındadır. (bizimyol)

—————

Back


Categories


Contact

media news

Баку
Азербайджан
1073


+99412 4343413