Ramiz Mehdiyev: “ABŞ rəsmiləri bizə təklif etmişdilər ki...”
16/10/2013 15:53
Ramiz Mehdiyev: “ABŞ rəsmiləri bizə təklif etmişdilər ki...”

“ABŞ Cəmil Həsənliyə 25 faiz səs yazmağımızı təklif etdi”
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev: “ABŞ rəsmiləri bizə təklif etmişdilər ki, Milli Şuranın namizədinə 25 faiz verək, özümüzə 74-75 faiz götürək. Guya, belə səs faizləri qarşılığında ABŞ Dövlət Departamentinin mövqeyi balanslaşdırılmış olacaq”.
Bunu bir qrup jurnalistə müsahibəsində Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev deyib. Onun sözlərinə görə, nəticələr fərqli olanda ABŞ-ın qiyməti mənfi olmalıydı.
“Nəticə bəllidir. Göründüyü kimi, bu, dost məsləhəti deyil, ciddi xəbərdarlıqdır. Belə çıxır ki, biz şəffat və ədalətli yox, saxta seçki keçirməliydik”, - Ramiz Mehdiyev deyib.
—————
Back