Ramiz Mehdiyevin Əhmədinejadla görüşündəki müzakirələr

30/04/2013 13:52

 

Ramiz Mehdiyevin Əhmədinejadla görüşündəki müzakirələr
 
Tarix: 30.04.2013 | Saat: 13:03:00 | Çapa göndər | Siyasət |
 
Xəbər 53 -dəfə oxunub

“Sizin adınız və fəaliyyətiniz daxili, regional və qlobal siyasətə qızıl hərflərlə yazılıb”

Dünən İranda rəsmi səfərdə olan Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev bu ölkənin prezindeti Mahmud Əhmədinejadla görüşü zamanı bir sıra maraqlı məqamlara toxunub. “Qafqazinfo”nun İran KİV-nə istinadən verdiyi xəbərə görə, Əhmədinejad çıxışı zamanı qeyd edib ki, düşmənlər İran və Azərbaycan arasındakı qardaşlıq əlaqələrinə xələl gətirə bilməzlər. Prezident həmçinin bildirib ki, düşmənlər cahil insanlar, eyni zamanda qərbyönümlü KİV, ABŞ, İsrail və Qərbin kəşfiyyat xidmətlərindən istifadə etməklə iki ölkənin münasibətlərini korlamaq istəyirlər: “Bu gün Azərbaycan hökuməti və xalqı inkişaf yolundadır və İslam Respublikası hər iki ölkənin, eləcə də regionun maraqlarına cavab verən bu ənənəni dəstəkləyir”.

Ramiz Mehdiyev Əhmədinejadla söhbət əsnasında Qərbin Azərbaycanda reallaşdırmaq istədiyi rəngli inqilablara da toxunub: “Qərb Azərbaycanda bir neçə rəngli inqilablar etməyə təşəbbüs edib, lakin onların qarşısı alınıb. Azərbaycanın güclənməsi və inkişafı son onilliklərdə qərbi məyus edib. Bu səbəbdən də onlar Azərbaycan sülh və stabilliyi pozan müvafiq addımlar atdılar”.

Prezident Administrasiyasının rəhbəri buna nümunə olaraq Milli Demokratiya İnstitutunun Bakı filialının adını çəkib və bildirib ki, bu institut Azərbaycanda müxtəlif struktur və vətəndaşlara 1 milyon ayırmaqla ölkədə stabilliyi pozmağa cəhd edib.

Mehdiyev həmçinin əlavə edib ki, prezident İlham Əliyev İranda hakim rejimi dəstəkləyir, Əhmədinejadı isə öz dostu və tərəfdaşı hesab edir: “Sizin adınız və fəaliyyətiniz daxili, regional və qlobal siyasətə qızıl hərflərlə yazılıb. Biz bunu aydın görürük və bu səbəbdən sizə bu qədər hörmət edirik”. 

 

—————

Back


Categories


Contact

media news

Баку
Азербайджан
1073


+99412 4343413