Rus miqrant qadının Norveç haqda tükürpədici sensasion müsahibəs

19/02/2014 19:07

Rus miqrant qadının Norveç haqda tükürpədici sensasion müsahibəs

İrina Berqset: “Bu ölkədə pedofiliya cinayət yox, adət sayılır”

İrina Berqset adlı rusiyalı qadın Norveçdə özünün və övladlarının başına gələn dəhşətli olaylar barədə Rusiyanın zavtra.ru internet qəzetinə geniş müsahibə verib. Həmin müsahibə hazırda çox diqqətlə izlənir. Musavat.com müsahibəni yazıçı-publisist Aysel Əlizadənin tərcüməsində oxuculara kiçik ixtisarla təqdim edir.

 

 

 

 

 

Bu, Osloda pedofiliyanı ifadə edən abidənin fotosudur. Osloda Viqelandom heykəltəraşı Qustav tərəfindən yaradılan, 30 hektarlıq sahəni əhatə edən 227 heykəltəraşlıq kompozisiyası yerləşdirilib. 

 

“ZAVTRA”: 

 

- İrina, Norveçə necə getdiyiniz barədə danışın,  bu ölkə sizə necə təəssürat  bağışladı? 

İrina BERQSET: 

 

-  2005-ci ildə mən Moskvada Norveç vətəndaşıyla ailə qurdum. Onda mənim oğlumun 7 yaşı vardı. Biz Norveçə, Aurskoq-Hekland kommunasının Aurskoq kəndinə köçdük. Onda hələ bilmirdim yarım əsr öncə mədəni səviyyəsinə görə Norveç Mərkəzi Afrika ölkələri ilə müqayisə olunardı. 1905-ci ildə Norveç artıq nə Danimarkadan, nə də İsveçdən asılı idi. Bu ölkə necə vardısa, eləcə də təhkimçilərin dövləti olaraq qalırdı, üstəlik əhali ölkənin ağasını heç vaxt görmürdü. Yalnız töycü verirdi. Mədəniyyət gəlişimi yox idi, sakinlər isə əsarətçilərin dilində - danimarka, isveç dilində danışırdılar. Sonradan bu dilləri qarışdırıb bukmol deyilən yalançı dil düzəltdilər.  Halbuki indi də hər bir ailə öz dialektində danışır. Norveçdə indiyə qədər dövlətin dil standartı yoxdu.

 

“Artıq Norveçdə cinsi azlıqlar çoxluq təşkil edir və orada “qadın” “kişi” anlayışı köhnə fikirlilik sayılır”

 

 

Demək olar ki, bu ölkə yalnız indi formalaşır. Norveç cəmiyyəti sürətlə mənəvi tənəzzülə uğrayır, Amerika qanun və qaydalarını sürətlə köçürür. 

 

50 il əvvəl dənizdə neft tapılıb. Aydındır ki, elm və mədəniyyəti olmayan ölkədə neft hasilatı üçün texnologiyalar yox idi, xarici elmi-texnoloji avadanlıqların köməyindən yararlanırdı. 

 

Mən bunları sonra bildim. Rusiyanı tərk edəndə təkcə onu bilirdim ki, dünyanın ən yüksək həyat səviyyəsi Norveçdədi.  

 

Baxmayaraq ki, mən MDU-nun jurnalistika fakültəsini bitirmişəm və filologiya elmləri namizədiyəm - Norveç mənim təhsilimi tanımadı. 

 

Mənə bizim kommunanın qonşuluğundakı kənd məktəbində  guya Danimarkanın yeni, gəlişmiş tədrisi üzrə  “Riddersand” (“Cəngavərlər məktəbi”) adlanan yerdə müəllim işləmək təklif olundu. Bizim Rusiya sistemi ilə müqayisədə Norveçin məktəb proqramı, əslində, əqli cəhətdən zəiflər üçündü. 1-dən 7-ci sinfə qədər orada orta məktəb sayılır. Dövlət proqramına görə 13 yaşa qədər uşaqlar əlifbanı, mağazalardakı qiymətləri oxumağı öyrənməlidirlər. Sinifdə ucadan oxumaq olmaz, bu, ayıb sayılır. 

 

Xüsusi müəllim uşağı dəhlizə çıxarır, yalnız orada, şagirdi  biabır etməmək üçün onun necə oxuduğunu dinləyir. Müəllimin uşaqlarla gündə riyaziyyatdan yalnız iki misal etmək hüququ var, əgər uşaqlar başa düşməsələr, onda üç gün sonra onlara izah etməyə bir daha cəhd edir. Həftəlik ev tapşırığı ingiliscə beş söz öyrənməkdi, uşağı artıq yükləmək olmaz.  

 

“Atası kiçik oğlumu qohumlarının evinə aparmışdı. Orda uşaqla həm qadınlar, həm kişilər intim hərəkətlər ediblər”

 

 

Norveç məktəbi təhsilin tam tənəzzülüdü. Ədəbiyyat keçilmir, tarix, fizika, kimya yoxdur, təbiətşünaslıq yoxdu.  Ümumi icmal adlanan fənn var. Uşaqlar ətraf aləmi ümumi şəkildə öyrənirlər. Bilirlər ki, II dünya savaşı olub. Qalan bütün xırdalıqlar uşağın psixikasına zorakılıq sayılır. 

 

Dünyanın ən zəngin ölkəsi bağçada uşaqlara yemək vermir.  Daha doğrusu, “tomat şorbası” adlı paket həftədə bir dəfə yemək adıyla verilir. Gerçəkdən də belədir, həm dövlət, həm də özəl uşaq bağçalarında yalnız həftədə bir dəfə yemək verilir! 

Böyük oğlum Rusiyada adi məktəbdə oxuyub. Ona görə də o, Norveçdə vunderkind sayılırdı. 7-ci sinfə kimi heç nə öyrətmirlər, orada öyrətmək gərəkli hesab olunmur. Məktəblərdə elanlar asılıb: “Əgər valideynlər sizə dərs oxumağa məcbur edirlərsə zəng vur. Biz bu cür valideynlərdən azad olmağın üçün sənə kömək edəcəyik”. 

 

Piano oğlumun zehnini qorumaq üçün yeganə vasitə idi. Ona  deyirdim: “Haradasa ananın tələbkar olduğu haqda  cınqırını da çıxarma”.

 

Norveçin səhiyyəsi sadəcə, dəhşətdi! Biz Saşanın xalını kəsdirmək istəyirdik, sonucda xalı 5 sm-lik  çapıq əvəz elədi . Cərrah Oslodan idi, 20 illik stajı olan biri idi, biz onun yanına düşmək üçün yeddi ay növbə gözlədik. Bu cərrahsa  kənd baytarı kimi davrandı. 

Norveçdə həkim yoxdur. Həkimlik üçün uzun illər universitetdə oxumaq lazımdır. Ona görə də birtəhər Qərbi Avropadan doktorlar yığırlar. 

 

Bəxtimiz gətirdi ki, əməliyyatı Byorklanqendəki sahə həkimi etmədi. Şərqi Almaniyadan olan bu qadın bizə dedi: “Bilirsiniz, mən heç vaxt bunu etməmişəm. Mən Almaniyada sığorta şirkətində işləyirdim. Orada belə idi: əgər kimsə ayağını sındırıbsa, onda mən gəlirdim və deyirdim: 

 

- Bəli, bu, ayaq sınığıdı.” 

 

Sonra isə o, birdən əlavə elədi: “Narahat olmayın, mən hər şey edəcəm.” Bizim tibbi sorğunu açıb oxudu: “Belə, burada yazılıb: pambıq götürüb spirtə batırın və həmin yeri...” mən əlbəttə ki, oğlumu götürüb ordan qaçdım. 

 

“ZAVTRA”: 

 

- Bütün bu “yerli koloritlər” müəyyən problemlər yarada bilər, amma hansısa məqamda sizin Norveçdəki həyatınız sadəcə dözülməz oldu. Niyə? 

И.Б. 

 

- Norveçdə olduğum altı ildən sonra mənə bədbəxtlik üz verdi. Onların “Barnevarn” sistemi haqqında heç nə bilmirdim.  Öz qayğılarımla yaşayırdım: İş, ev, ailə. Köçdüyüm ölkənin dövlət quruluşu haqda elə də  düşünmürdüm. Eşidirdim ki, kiminsə uşağını əlindən alıblar, ancaq mən normal ana idim axı. 

 

“Norveçin uşaq işləri üzrə naziri Lisbakken deyir ki, mən homoseksualam və istəyirəm bütün uşaqlar belə olsun” 

 

 

İkinci oğlum doğulandan üç il sonra həyat yoldaşımla ayrıldım. Bu, mədəniyyətlərin ayrıntısı idi. İndi mənə deyirlər: “Orada hər bir kənd evində unitaz, duş kabinəsi var”. Hə, - cavab verirəm,  - var, ancaq buna baxmayaraq  norveçlilər təbii ehtiyaclarını ödəmək üçün əvvəlki kimi evin arxasına gedirlər. 

 

Üç il uşaqlarımla yaşadım. Bankdan kredit götürüb mənzil aldım, normal həyat qurdum, sosial durumumu yoluna qoydum: İşləyirdim, uşaqlarıma kifayət qədər vaxt ayırırdım. Uşaqlar yalnız mənimlə idi. Birinci nikahdan olan oğlumu incitdiyi üçün mən atanın onunla görüşməsinə icazə vermirdim.  

 

Qanuna görə balaca ilə görüşməyə məcbur idi. Yenə də uşağı atasının yanında gecələməyə qoymurdum. Çünki uşağın döyülmə təhlükəsi vardı. Amma uşaq bağçası, digər dövlət qurumları təzyiq edirdilər ki, mən uşağı ona verim. Ona görə də şənbə və ya bazar günləri  kiçik oğlum əvvəlcə iki saat onda qalırdı. Amma sonuncu dəfə təxminən bir həftə  qaldı. O, uşağı aparanda balaca qızdırma içindəydi. 

 

-30 dərəcə şaxta olan Tryunheym şəhərinə qohumlarının yanına apardı.  

2011-ci ildə, martın 7-də mən polisə gedib uşağın mənə dediklərini danışdım. Uşaq deyirdi ki, orda xalalar və dayılar onun ağzını və popusunu incidən şeylər edirdilər. Uşaq elə sözlər danışırdı ki, əvvəlcə inana bilmirdim.  

 

Norveçdə bir xalq ənənəsi var, balaca qızlar və oğlanlarla  intim hərəkətlər etmək ənənəsi. Bunu yaxın qohumlar edib sonra da uşağı qonşulara ötürür. Əvvəlcə bu sayıqlamaya və cəhənnəmə inana bilmirdim. Polisə ərizə yazdım. Martın 8-də Barnevarn adlı kimsəsiz uşaqlara xidmət qurumuna dəvət olunduq. Dindirilmə 6 saat davam etdi. Təkcə mən və iki uşağım idik. 

 

Onların görüntü üçün yaradılan uşaqları müdafiə edən, insestlə mübarizə sistemi var. Sonra başa düşdüm ki, hər kənddə olan Barnevarn xidməti şikayət edən ata-anadan uşağı almaq üçün yaradılıb. 

 

Qəzetlərdən oxudum ki, yeddi, ya da səkkiz yaşlı qıza  məhkəmə onu zorlayan adamın həbsdə saxlanılması üçün  kompensasiya ödənilməsi üçün hökm çıxarıb. Norveçdə hər şey baş-ayaqdır. Əslində, pedofiliya orda cinayət deyil. Onların belə adətləri var.  

Mənim iki uşağım ilk dəfə 2011-ci il martın səkkizində aparıldı. Bu, belə baş verir:  Uşaq məktəbdən, və ya bağçadan qaytarılmır, demək olar, oğurlanır, yoxa çıxır və gizli ünvanda saxlanılır.  

 

Həmin gün mənə dedilər: “Başa düşürsünüz, siz danışırsız ki, uşaq üzərində zorakılıq olub, bizə lazımdı sizi həkim yoxlayıb sağlam olduğunuzu desin.” Mən imtina etmədim. Poliklinikaya maşınla on dəqiqəlik yol idi. Barevnin  əməkdaşı məni maşına qoyub dedi: “Biz sizə kömək edərik, sizin uşaqlarla oynayarıq”. Uşaqlar başqa yerdə deyil, uşaqların müdafiəsi xidmətində idi. İndi mən başa düşürəm ki, bu, hüquq pozuntusu idi. Mən poliklinikaya çatana qədər Saşa zəng vurub dedi ki, ana, bizi təzə ailəyə verirlər. 

Uşaqlarımı bilinməyən yerə apardıqlarında mən on kilometr uzaqda idim. Yerli qanuna görə, uşaqları hər hansısa bir sənəd təqdim etmədən götürürlər. Əlimdən gələn bircə şey vardı, ağlamamaq. Norveçdə ağlamaq qadağandı, bu xəstəlik kimi dəyərləndirilir və Barnevarn səni psixiatriyaya yatıra bilər.  

 

Sən demə, Norveçdə, uşaqların valideynlərindən alınması üçün kvota dövlət planı var. Hətta onun yerinə yetirilməsi üzrə dövlət qurumları arasında qəyyumluq  yarışı gedir. Bütün Norveç uşaqları ata-anadan almaq üçün savaşır. Hər cür diaqramlar, qrafiklər tərtib olunur, - harda nə qədər uşaq ailədən alınıb. 

 

Bu yaxınlarda əlimə isveçlilərin sənədi  düşdü - hesabat. İsveçdə və qonşu Skandinaviya ölkələrində (https://www.familypolicy.ru/read/1403) uşaqları əllərindən alınan  ailələr haqqında məruzə idi. Qəribə fenomendən söhbət gedir. Bu məruzədə bildirilir ki, İsveçdə 300 min uşaq valideynlərindən alınıb. Yəni söhbət birbaşa valideynlərdən oğurlanmış nəsildən gedir. Alimlər, hüquqşünaslar, vəkillər, İsveçdə ailə ənənəsini hələ də xatırlayan insanlar çaşqınlıq içindədi. Nə baş verir? Barnevarn ailəni dağıtmaq üçün dövlətdən külli məbləğdə vəsait alır. 

 

Mütəxəssislər dediyinə görə, gündə 10 min kron (bu, təxminən 50 000 rubl ) vəsait uşağı himayə edən yeni ailəyə verilir. Bütün Skandinaviya ölkələrində belədir.

 

Özü də uşaqları bazardan alınan mal kimi seçə bilərlər.  Məsələn, sizin hansısa göygöz rus qızı xoşunuza gəlsə zəng vurursunuz Barnevarna : “Mən hazıram, uşaq üçün kiçik bir otağım  var” - deyirsiz, vəssalam. Onu dərhal sizə çatdıracaqlar. Yəni əvvəlcə “himayəçi” ailə tapılır, sonra uşaq həmin ailəyə yerləşdirilir. 

 

Norveç hüquq müdafiəçiləri Barnevarn sistemi ilə mübarizə aparmağa çalışırlar. Onlar hesab edirlər ki, bu, uşaq alveri üzrə ciddi korrupsiya sistemidi. Mayın 3-də Norveçdə Barnevarnda uşaqları zorla alınan ailələr etiraz aksiyası  keçirdi. Uşaqların oğurluğu üzrə Norveç dünyada birinci yeri tutur. Norveç qəzetinə belə bir başlıq vardı: “Norveçdə artıq beş uşaqdan biri valideynlərindən xilas olunur”. Yeri gəlmişkən, təxminən bir milyon iki yüz min uşaq anaları ilə yox, sığınacaqlarda yaşayır.  

 

Norveçdə ildə təxminən iki milyon rubl uşaq sığınacaqlarına ayrılır. Əgər siz uşağı əlil etsəniz, daha çox dotasiya və vəsait alırsınız. Statistikaya görə, doğulan hər on uşaqdan səkkizi norveçli deyil, miqrantların uşağıdı. Miqrantlar Norveçə daha sağlam uşaqlar verir, çünki onlarda qohum nikahlarına təsadüf olunmur. 

 

“Breyvik Norveçi “Аrbayt parti”dən qurtarmaq istəyirdi. Əvəzində isə onu müsəlmanların düşməni kimi elan etdilər. Əslində belə olub. Breyvik 4 yaşında yalançı anası tərəfindən zorlanıb. Sonra Barnevarn onu çevrəyə buraxıb. Hər bir ailə onun “dadına” baxıb” 

 

 

Ümumilikdə, Norveç ərazisində daha çox rusların uşaqları  Barnevarna götürülür. Valideynlərindən biri rus olan uşaqlar bu işdə birinci namizədlərdi. 

 

“ZAVTRA”: 

 

- Bəs  uşağı alınan valideynlər nə edə bilərlər? 

İ.B: 

 

- Norveçdə az qala hər ay bir rus qadın intihar edir. Çünki sizdən gəlib övladınızı alırlar və heç nə edə bilmirsiniz. Siz  sistemlə təkbətək döyüşə bilmirsiniz. Sizə deyirlər: “Qayğanağı norveçsayağı bişirmirsən. Uşağı əllərini yumağa məcbur edirsən. Axsayırsan, onunla oynaya bilmirsən.  Deməli, pis anasan, uşağı alırıq!” 

Norveçdə uşaq müdafiə sistemi valideynləri günahkar çıxarır. Sizi şərləyib üstünüzə o qədər yalan yükləyirlər ki, daim özünüzü təmizə çıxarmaq zorunda qalırsınız. Sizə deyirlər: “Rusiyaya getmək istəyirsiniz”. Bunu inkar edə bilmirsiz, çünki Rusiyada qohumlarınız var. Və ya: "Uşağınızı öldürmək istəyirsiniz". Bunu ona görə deyirlər ki, rusların deyimi var: "Öldürərəm səni”.

 

Bununla savaşmaq mümkün deyil. Siz qəyyumluq, hakimlər, psixoloqlar, himayəçi valideynlər, psixiatrlar, ekspertlərlə möhkəmlənən Norveç maşınıyla uğraşa bilməzsiniz. Hər  göygöz körpəyə görə mükafat verilir onlara. Oğlunuzu xilas etmək şansınız yoxdu. Mən Norveç məhkəmələrinin bütün instansiyalarından keçmişəm. Hər yerdə korrupsiya baş alıb gedir. Uşaqlar əmtəədir, maldı. Onları qaytarmırlar.

 

Uşaqlarımla bağlı rus mətbuatında çıxan bütün materialları ittiham kimi məhkəmədə Barnevarnın vəkili çevirib təqdim edir. Deyirlər “bu qadın dəlidi, uşağını mətbuatda  qoruyur!” Qərbdə uşaqlarla bağlı mətbuat azadlığı yoxdu.  Cəmiyyətə apelyasiya etmək mümkün deyil. Məxfilik haqqında qanun fəaliyyət göstərir ki, həmin qanun indi Rusiyada da sürətləndirilir. 

 

"ZAVTRA": 

 

- Siz bildirmisiniz ki, Şimali Avropada ailənin məhv edilməsi uşaqlara qarşı cinsi zorakılığı genişləndirir. Bu mexanizm necə işləyir? 

 

İ. B: 

 

- Norveçdə nazirlik az qala uşaq məsələləri və hər cür cinsi bərabərlik üzrə fəaliyyət göstərir. Norveçdə seksual azlıqlar azlıq deyil - artıq seksual çoxluqdu. Naturallar artıq azlıqdı.  Sosioloqların sərbəst araşdırma materialları göstərir ki, 2050-ci ildə Norveç doxsan faiz homo-ölkə olacaq. Təsəvvür etmək çətindir bu “homo” sözü altında nə başa düşülür. Bizə deyirlər ki, sizin “lesbilər”, “geylər” haqda təsəvvürünüz ötən əsrdəki kimidi. Qərbdə ən azı otuz növ qeyri-ənənəvi nikah leqallaşdırılıb. Bu baxımdan ən “qabaqcıl” ölkə Norveçdir, orada “kişi” və “qadın” - köhnə anlayışdı. Norveçdə ailənin doğulmuş uşağını müdafiə etmək imkanlarının olmaması səbəbsiz deyil. 

 

Fikirləşirsən ki, özləri bilər, bunun sənə və ailənə nə dəxli? Mən əvvəl belə düşünürdüm. 

Mən də nə vaxtsa belə düşünürdüm, çünki onda xəbərsiz idim ki, (https://yadi.sk/d/oa3pnrtg3mysz) bütün Avropada seksual standartlar tətbiq edilib. Müvafiq konvensiyanı imzalamış bütün ölkələr üçün bu vacibdir.  İndi Rusiyada lobbiləşən həmin konvensiyadan söhbət gedir. Orada deyilir ki, valideynlər və uşaq bağçalarının işçiləri balaca uşaqlara “müxtəlif növ sevgiləri” öyrətməyə borcludular .Bu, Avropa seksstandartının xüsusi bölümündə isə niyə dörd yaşından gec olmadan valideynin və bağça işçisinin uşağa onanizm və mastrubasiya öyrətməsinin vacibliyi haqda məlumat yazılıb.  Həmin sənəddə, səh.46 da göstərilir ki, yeni doğulmuş uşaq   “gender mənsubiyyətini” bilməlidi. Gey, biseksual, transvestit, yoxsa transseksual olduğunu dərk etməlidi. Bu halda “kişi” və “qadın” bərabərliyi gender bərabərliyi siyahısına daxil edilmir. Əgər sizin uşağını bu genderi seçməsə ona Norveçin, Finlandiyanın, Almaniyanın və s. təşkilatları - Lastensuoelu, Yuqendamt, Barnevarn kömək edəcək. 

 

Norveç dünyada ilk ölkədi ki, Oslo universitetində 0-7 yaş arasında uşaqların intiharını tədqiq edən elmi tədqiqat institutu yaradıb. Qəribə deyil? Bu yaşda nə intihar ola bilər? Barnevarnı düşünəndə isə bu, təbiidir. Orgiyalardan sonra uşaq tələf olursa bunu rahatlıqla intihar adına yazmaq olar. 

 

"ZAVTRA": 

 

- İrina, gəlin qayıdaq sizin şəxsi tarixçənizə 

İ.B: 

 

- Mənim uşaqlarımı ikinci dəfə 2011-ci il mayın 30-da apardılar. Barnevarnın iki polis əməkdaşı qapının zəngini çaldı. Qapını zənciri bağlı saxlayaraq açdım. Əllərində tapança dayanmışdılar. “Uşaqlarınızı aparmağa gəlmişik”. Vəkilə zəng vurdum, o, dedi: “Norveç qanunlarına görə uşaqları verməlisiniz, təpki versəniz belə yenə də aparacaqlar, amma siz daha onları görə bilməyəcəksiz.”  Heç bir kağız, heç bir qərar təqdim etmədən övladlarımı elə gecə geyimində apardılar. İndi mən sübut etməli idim ki, yaxşı anayam. 

Norveç qəzetlərində belə bir yazı vardı: Bir uşaq anasından alınır və bütün yuvalarda zorlanır. 18 il yaşayandan sonra  silah alıb ögey valideynlərini güllələyir. 

 

Başqa bir oğlan uşağını aparanda o, ağlayıb anasını istəyirdi. Norveç həkimlər dedilər ki, bu, paranoyadı. Ona o qədər dərman verdilər ki, uşağı bitkiyə döndərdilər.  Mətbuat bu olayı bir neçə vaxt işıqlandıra bildi. Sonunda övladını anaya əlil arabasında qaytardılar. O, artıq danışa bilmirdi, 13-15 kq arıqlamışdı. Bu, artıq sağalmaz distrofiya  idi.  

Sonra mənim böyük oğlum dedi ki, rus konsulluğuna məktub yazıb: “Ölsəm də burdan qaçacam. Bu həbs düşərgəsində yaşamaq  istəmirəm”. Və o özü öz qaçışını təşkil edə bildi. Bundan öncə bir qızın həyatını xilas edən polşalı Kşiştof Rutkovskiylə internet vasitəsilə əlaqə saxladı və polşalı onu uşaq sığınacağından qaçıra bildi.   

Polyak mənə son anda zəng edib bildirdi ki, hər şey hazırdı: “Əgər mən uşağı tək aparsam bu, uşaq oğurluğu kimi dəyərləndiriləcək, sizinlə aparsam sadəcə ailəyə kömək etmiş sayılacam”. Dəhşət içindəydim. Seçim etmək çətin idi: Norveçdə bir uşağımı qoyub getməliydim. Çox düşündüm, ya üçümüz də orda məhv olmalıydıq, ya da mən ikimizi qurtara bilərdim. Allah heç kimə bu cür həyatı göstərməsin! 

 

Üç ay Polşada qaldıq. Norveçdə oğluma təyin edilən himayəçi ananın guya axtarışa verməsi ilə bağlı bizi dindirdilər. Məlum oldu ki, həmin “ana” belə bir ərizə yazıb. “Bir xala (yəni mən) oğlumu qaçırıb”. Bu halda Polşada  Avropa qanunlarına görə oğluma “yeni ana” təyin etdilər.  Ordan Rusiyaya getmək üçün mən öz anamı uşağın növbəti himayəçisi kimi təqdim etdim. Beləliklə, oğlumun Norveçdə, Polşada və Rusiyada üç anası oldu. Avropa qanunlarına görə doğma ana hesaba alınmır.

 

"ZAVTRA”: 

 

- Rusiyaya qayıdandan sonra oxşar hadisələr eşitdiniz. Bu barədə danışardınız.  

İ.B: 

 

- Vəziyyət belədi: İngiltərədə İrina S. 18 il yaşayıb. Orada onun dostu vardı. Qızı anadan oldu. Bir dəfə təsadüfən öyrəndi ki, onun əri sadomazoxist klubunun üzvüdü.  Qızıyla televizora baxanda uşaq yerli yarışçını göstərib deyir: Ana, bu dayı mənimlə həkim-həkim oynamağa gəlmişdi. Bu xala isə mənimlə vannada oynayırdı.” Təsəvvür edirsiniz, uşaq anaya belə şeylər deyəndə o, nə hala qalar?”

 

İrina ingilis uşaq psixoloquna gedir, o isə qayıdır ki, siz keçmişdə qalmısız, bu, kreativ elita oyunudu. İrina sakitcə ordan çıxıb əşyalarını toplayıb Rusiyaya qayıdır. Müdrik qadındı. 

 

Norveçdə əvvəlcə bircinsli nikahlar leqallaşdırıldı. Sonra eynicinsli nikahlara övladlığa uşaq götürmək icazəsi verilir və leqallaşdırılır. Orada keşişlər qeyri-ənənəvi oriyentasiyaya malik olduqlarını açıq şəkildə bildirirlər. İndi isə orada bircinsli qoçaqlar uşaqlarla evlənmək hüququ əldə etmək üçün mübarizə aparırlar. Uşaqla nikaha girmək məsələsi qoyulur. 

 

Əgər biz normal valideynlər qoyun kimi oturub gözləsək, heç nə etməsək başqa genderlər uşaqlarımızı əlimizdən alacaqlar. Bu gün eksperiment zonaları - ABŞ , Şimali Avropa, Almaniya və keçmiş Britaniya koloniyalarıdı: Kanada, Avstraliya, Yeni Zelandiya - bu, "SOS" siqnalları olan “qaynar nöqtələr”di, oralardan mən rus analarının harayını eşidirəm. Bu müqəddəs rus ailə ənənəsi uğrunda savaşın qığılcımlarıdı. 

Yaxşı ki, mən Norveçdə mübarizə apararkən ağlımı itirmədim. 

 

Hər bir rus valideyni dərk etməlidir ki, son 30 ildə uşaq alverində maraqlı olanlar uşağın heç də anaya aid olmadığını, uşaqla ananın bir vəhdət olmadığını qanunlaşdırıblar. İndi uşaqlar hansısa abstrakt cəmiyyətə və ya dövlətə məxsusdur. Üstəlik, uşaqların oğurlanması barədə 1980-ci il Haaqa konvensiyasına görə, hansını ki,  Rusiya 2011-ci ildə imzaladı, uşaqlar son üç ayda yaşadıqları əraziyə məxsusdular. 

 

Bu, insan olmayanların fəlsəfəsini Norveçdə işlək olan layihə büsbütün açır. Bu yaxınlarda Norveç mətbuatında belə bir yazı oxudum. Uşaq işləri üzrə nazir Lisbakken danışır: “Mən homoseksualam və istəyirəm bütün uşaqlar belə olsun.” O, dövlət proqramını internetdə eksperiment keçirməyə çağırır: “Qrimm Qardaşlarının nağılları,  “Zoluşka” - bütün uşaq bağçalarında bu tipli ədəbiyyat tədris edilib həmişə. Onların əvəzinə digər kitablar da var,  - "Şyön literature” tipində “Kral və kral” və ya “Uşaqlar və geylər”. Kraliçaya evlənmək arzusunda olan şahzadə qız. Qanuna görə, uşaq bağçasında uşaqlara artıq belə nağıllar oxumalıdı.  

 

İki ildir kiçik oğlumla görüş almaq üçün savaşıram. 80 nəfəri güllələyən Breyvikin hər gün öz qohumlarına zəng etmək hüququ var. Bütün dünyada edam cəzasına məhkum edilmiş adamların yazışma hüququ var, ancaq ana öz oğlunu görə bilməz, danışa bilməz. Yeri gəlmişkən, Breyvik Norveçi “Аrbayt parti”dən qurtarmaq istəyirdi. Əvəzində isə onu müsəlmanların düşməni kimi elan etdilər. Əslində belə olub. Breyvik dörd yaşında yalançı anası tərəfindən zorlanıb. Sonra Barnevarn onu çevrəyə buraxıb. Hər bir ailə onun “dadına” baxıb. 

 

Doqquz il sonra oğlan öz aksiyasını hazırlayır və bu proseslə mübarizəyə qalxır. Düşünürəm ki, indi onu təcrid edərək  deyiblər ki, bu mövzuda sus, sənə saray tikəcəyik!” 

 

Azərbaycancaya çevirdi: Aysel Əlizadə

 

 

—————

Back


Categories


Contact

media news

Баку
Азербайджан
1073


+99412 4343413