Salyanın icra başçısı prezidentin ayırdığı milyonları necə yeyir; – TƏFƏRRÜAT

28/10/2013 14:34

Salyanın icra başçısı prezidentin ayırdığı milyonları necə yeyir; – TƏFƏRRÜAT

2011- ci ildə Tahir Kərimovun Salyana icra başçısı təyin olunandan sonra narazılıqlar pik həddə çatıb. İcra başçısından narazılar təkcə sadə rayon sakinləri deyil, həm də icra strukturlarındakı çalışan məmurlardır. Belə ki, T.Kərimov bu posta təyin olunanda komandasını rayonda aparıcı yerlərə gətirdi. Buna görə də yerli məmurlar sıxışdırılır. Rayonda aparılan tikinti işləri icra başçısının adamlarının nəzarəti altında aparılır.

Nəzərə alsaq ki, prezident İlham Əliyevin bu il  sentyabrın 6 -da rayonun abadlaşdırılması üçün üstə – üstə 6 milyon manat ayırdı, o zaman bu pulların kimlər tərəfindən mənimsənildiyini deyə bilərik. Rayonda aparılan tikintilərlə bağlı Gunxeber.com-a bir sıra faktlar daxil olub.

Belə ki, Salyan Rayon İcra Hakimiyyətinin inzibati binasının tikintisində xeyli yeyintiyə yol verilib. Mənbənin verdiyi məlumata görə, sentyabrın 4-də rayona səfər edən ölkə başçısı açılışını etdiyi binanın tikintisində keyfiyyətsiz tikinti materiallarından istifadə olunub. Məsələ ilə bağlı orada çalışan ustalardan biri saytımıza bildirdi ki, binanın tikintisi rayonda tanınmış iş adamlarından biri Hacı Qurban Qurbanova tapşırılıb, yəni ilk olaraq tikintiyə pulu o yatırıb: “Binanın tikintisi üçün istifadə olunan mişar daşları icra başçısının karxanasından gətirilib. Texnikanı isə Hacı Qurban Qurbanov özü təşkil edib. Məsələ burasındadır ki, yerə döşənəcək üzlüklər üçün istifadə olunan qum keyfiyyətsiz idi. Konkret olaraq, daha çox “Kür qum”undan yararlanıblar. Keyfiyyətsiz olduğundan yağış yağandan sonra çökmələr baş verib. Həm də binanın tikintisi 24 saat aparılırdı. Prezidentin səfəri ilə əlaqədar hər şey tez-bazar aparıldığına görə xeyli nöqsanlara yol verilib. Yəni bütün bunlar görüntü xarakterlidir”.

Mənbə rayondakı bayraq meydanı ilə də bağlı məlumat verib. O bildirib ki, bayrağın dirəyi güclü külək əsəndə titrəyir, bu da onun yerinin möhkəm olmaması ilə əlaqədardır. Həmçinin mənbə vurğulayıb ki, icra hakimiyyətinin binasının həyətində baş verən çökmələr bayraq meydanı ətrafında da baş verib. Bir neçə gün əvvəl yağan güclü yağış rayon rəhbərliyini çıxılmaz duruma salıb, ərazidə xeyli çuxur yaranıb. Meydan ətrafında yaşayan rayon sakinləri də bayrağın aşacağından narahatdırlar.

Qeyd edək ki, Bayraq Meydanın tikinisinə nəzarəti icra başçısına yaxın adamı kimi tanınan Rizvan adlı şəxs edib.

Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq.

 

—————

Back


Categories


Contact

media news

Баку
Азербайджан
1073


+99412 4343413