"TİME" JURNALI TAKSİM OLAYLARINDAN YAZIB"

05/06/2013 00:25
 
"TİME" JURNALI TAKSİM OLAYLARINDAN YAZIB"
4.6.2013
"TİME" JURNALI TAKSİM OLAYLARINDAN YAZIB"
“Time” jurnalı Ərdoğandan və Taksim olaylarından yazıb. Yazıda Türkiyədəki olaylarda polisin həddindən artıq şiddətdən istifadə etməsindən və buna görə də minlərlə adamın yaralandığı da vuğulanıb.
 
Ötən illərdə baş nazir Rəcəb Tayyib Ərdoğanı "Türkiyənin islamçı lideri demokratik, dünyəvi və Qərb tərəfdarı ölkəsini dünyada güc mərkəzi etməyi bacardı" başlığı ilə manşetə çıxaran “Time” jurnalı son sayında "Türkiyədəki etirazlar; Taksim Ərdoğanın Təhrir meydanı olacaq?" başlıqlı yazı nəşr edib.
 
Jurnal Türkiyədə baş nazir Rəcəb Tayyib Ərdoğanın bu günə qədər mətbuat azadlığı, abort qanununa bağlı yeni tənzimləmələr, AKP hökumətinin Suriya yanaşması, aralarında baş qərargah başçısı və generalların da olduğu zabitlərin həbsə atılması, PKK ilə keçirilən görüş və əlaqələr, spirtli içkilərin satış və istehlakına qoyulan yasaqlar kimi mövzuları xatırladıb və narazılığın bu kimi yasaqlardan doğduğu, zamanla daha da böyük vüsət aldığı, Gəzinti parkının dağıdılıb yerində ticarət mərkəzi tikmək qərarının isə insanların səbrini daşıran son damla olduğu qeyd edib. Bundan başqa, yazıda Gəzinti parkı aksiyasının son illərdə reallaşdırılan ən böyük aksiya olduğu, Türkiyədə baş verən hadisələrdə polisin həddindən artıq amansızlıq etdiyi və çoxlu sayda insanların yaralandığı bildirilib.
 
 Baş nazir Ərdoğan şənbə günü etdiyi çıxışda Taksim və ətrafında olan ərazilərdə söküntü işlərinin dayanmayacağını yenidən dilə gətirib. Ərdoğan aktivistləri “marjinal qruplar” adlandırıb və "Siz 100 min adam toplasanız, mən 1 milyon toplarım" deyə bildirib. Bu da hadisələrin daha da alovlanmasına və narazı kütlənin sayının daha da artamasına gətirib çıxarıb. Jurnalda qeyd edilib ki, əgər narazılıqlar daha da artsa və Ərdoğan xalqa qarşı şiddətə son qoymasa, Taksim Ərdoğanın “Təhrir meydanı” ola bilər.

 

—————

Back


Categories


Contact

media news

Баку
Азербайджан
1073


+99412 4343413