Tovuz İcra başçısının oğlu atasını 5 milyon ziyana salıb

08/10/2013 07:46

Tovuz İcra başçısının oğlu atasını 5 milyon ziyana salıb

 

 

 

bitmap-img6

 

Bu işdə A.Əsgərovun oğlu “Liman Group” şirkətinin rəhbəri, Elnarın da adı hallanır

 

 
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Azərbaycan Dövlət Dəmir Yolları QSC-nin marketinq şöbəsinin rəisi, QSC-nin sədri Arif Əsgərovun balduzu oğlu Rahib Hüseynovu həbs ediblər. R.Hüseynov 48 milyon manat dövlət əmlakını mənimsəməkdə ittiham olunur. Bu işdə A.Əsgərovun oğlu “Liman Group” şirkətinin rəhbəri, Elnarın da adı hallanır.
 
Qaranlıq maliyyə əməliyyatlarında onun qardaşı Emin Hüseynovun da iştirakı ilə bağlı məlumatlar var. Hüseynov qardaşları dəmir yollarının təchizat sistemində çalışıb. Bununla bağlı 50 sahibkar zərər çəkib və onlar prezidentə müraciət etməyə hazırlaşırlar. 
 
Etibarlı mənbələrdən aldığımız məlumata görə, bu işdə bu işdə Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov da 5 milyon manat da ziyan çəkib. Onun oğlu Qoşqar Zeynalov 2012-ci ildə dövlət büdcəsindən həmin rayona ayrılmış 11 milyon manatın 5 milyon manatı “Texnikabank”-ın “Tovuz” filialı vasitəsi ilə nağdlaşdırılaraq hesabdan çıxarıb və hazırda həbsdə olan Rahib Hüseynova faizə verib. 
 
O da maraqlıdır ki, Respublika Yol Polisində texniki baxış şöbəsinin müdiri olan Qoşqar Zeynalov Elnar Əsgərovun bacanağıdır. 5 milyon manatın bankdan çıxarılmasında birbaşa iştirak edən “Texnikabank”-ın Tovuz filialının müdiri Elnur Süleymanov da Qoşqar Zeynalovun qaynıdır.
 
Mövzunu detallı şəkildə yaxın günlərdə təqdim edəcəyik
 
Yazıda adı çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq

—————

Back


Categories


Contact

media news

Баку
Азербайджан
1073


+99412 4343413