Üzeyir Cəfərovun. Səfər Əbiyevin müdafiəsinə qalxdı

05/11/2013 16:51

Üzeyir Cəfərovun. Səfər Əbiyevin müdafiəsinə qalxdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə Nazirliyinin idarə rəisi general-mayor Aleksandr Vasyakın keçmiş Müdafiə naziri general-leytenant Səfər Əbiyevə yönəli ittihamları birmənalı qarşılanmayıb.

Hərbi ekspert Üzeyir Cəfərovun sözlərinə görə, hər şeydən öncə general Vasyak dövlət dilimizdə danışmağı bacarmalıdır: “Necə olur ki, Yaponiyanın səfiri bir neçə illik Azərbaycanda işlədiyi müddətdə bu dili öyrənir, ancaq hörmətli generalımız, Azərbaycan vətəndaşı və bu qədər böyük vəzifə sahibi dövlət dilini bilmir?”

Ü.Cəfərov Aleksandr Vasyakın karyerasından da danışdı və onu döyüş görmüş peçəkar zabit saydığını dedi: “Ancaq onun peşəkar zabit olması hərbi nizamnaməni pozmasına səbəb ola bilməz. Onun keçmiş Müdafiə naziri Səfər Əbiyev haqqında elə ifadələr işlətməsi hərbi qaydaları və nizamnaməni kobud şəkildə pozmaqdır. Mən Səfər Əbiyev tərəfindən ən çox ziyan görmüş adamlardanam. Ancaq haqsızlığı deməliyəm. Vasyak general-mayor rütbəsi ilə özündən rütbəcə 2 pillə yuxarıda dayanan Səfər Əbiyev haqqında o cür fikirlər səsləndirməklə, hərbidəki subardinasiya qaydalarını kobud şəkildə pozdu”.

Üzeyir Cəfərli Aleksandr Vasyak haqqında ölçü götürülməsi üçün Müdafiə nazirinə müraciət edəcəyini də dedi:

“Səfər Əbiyev Azərbaycan Silahlı qüvvələrindən xaric edilməyib və general-polkovnik rütbəsi ilə xidmət edir. Bu isə o deməkdir ki, general-mayor Vasyak ona tabedir. Səfər Əbiyev Vladimir Vasyakı qeyri-qanuni olaraq Müdafiə Nazirliyi hesabına müalicə etdirib. İnsanlıq tərəfindən mən bunu başa düşürəm, ancaq buna külli miqdarda pul xərclənib. 10 il bu adam qeyri-xidmətdə olduğu zaman məvacib alıb. Vəzifəyə qoyulan kimi  ona yaxşılıq edən keçmiş nazir haqqında o cür fikirlər səsləndirməyə başlayır?

Səfər Əbiyev Ali Baş Komandanın sərəncamında olan generaldır, ona olan tənqidlər heç bir halda təhqir səviyyəsinə enməməlidir”.

—————

Back


Categories


Contact

media news

Баку
Азербайджан
1073


+99412 4343413