Vergi orqanlarında kassa fırıldağı

29/04/2013 10:12

 

Kiçik sahibkarlar mövcud durumdan narazıdır

 

 

 

 

Kassa aparatlarının qeydiyyata alınması və qeydiyyatdan çıxarılması ilə bağlı ciddi süründürməçilik mövcuddur. Bu barədə saytı özəl mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, iş adamlarını, xüsusilə də xırda sahibkarları ən çox narazı salan kassaların qeydiyyata alınması və qeydiyyatdan çıxarılması ilə bağlı xeyli sayda sənədin tələb edilməsi ilə yanaşı, vətəndaşların həm də sözün həqiqi mənasında soyulmasıdır: “Kassa aparatlarının qeydiyyata alınması və qeydiyyatdan çıxarılması ilə bağlı vergi idarələrinin yanında xüsusi mərkəzlər fəaliyyət göstərir. Ticarət obyektlərinin kassa aparatları ilə təmini də məhz bu mərkəzlər tərəfindən həyata keçirilir. Adına kassa aparatı qeydiyyata salan və ya adındakı kassa avadanlığını çıxardan hər bir şəxs xeyli sayda sənəd düzəltməli, günlərlə adıçəkilən mərkəzə ayaq döyməlidir. Bu azmış kimi kassa aparatının öz qiymətindən başqa bir tək qeydiyyat məsələsi üçün sahibkarlardan 30 manat məbləğində pul tələb edilir. Kassanın qeydiyyatdan çıxarılması isə 20 manatdır ki, bu da xırda sahibkarlar tərəfindən daha böyük narazılığa səbəb olur. Sahibkarlar hesab edir ki, vətəndaşın vaxtını, pulunu və enerjisini “yeyən” məlum sistemin daha mütərəqqi, çevik və “ucuz” sistemlə əvəzlənməsinə ehtiyac var. Onların fikrincə, kassa aparatlarının qeydiyyata alınması və qeydiyyatdan çıxarılması üçün toplam 50 manat məbləğində vəsaitin tələb olunması absurddur və bu, sadəcə sahibkarlardan mümkün qədər daha çox pul qoparmağa hesablanıb”.

 

Şamil Əlibəyli

 

 

—————

Back


Categories


Contact

media news

Баку
Азербайджан
1073


+99412 4343413