Vergilər naziri Avropada iki fabrik alıb?

25/07/2013 17:19

Vergilər naziri Avropada iki fabrik alıb?

fazil-memmedovFazil Məmmədovun yaxınlarının Avropada biznes qurduqları bildirilir

Azərbaycanın ayrı-ayrı oliqarx nazirlərinin ölkə xaricində biznes qurması barədə mətbuatda intensiz məlumatlar yayılır. Bəzi hallarda həmin məmurların yaxınlarının da xaricdə iri biznes qurmalarına dair xəbərlər ortaya çıxır.

Dünən vergilər naziri Fazil Məmmədovun yaxın çevrəsinə aid olan şəxslərin Almaniyada biznes qurduqlarına dair məlumat yayılıb. Nazirə yaxın mənbədən daxil olan məlumatda qeyd olunub ki, F.Məmmədovun yaxınları Almaniyanın iki şəhərində fabrik yaradıblar. Həmin fabrikləri yaxın qohumlarından birinin idarə etdiyi qeyd olunur.

Xəbərdə o da bildirilir ki, Fazil Məmmədovun həmin fabriklərə şəxsən baş çəkmək imkanı olub. Belə ki, nazir müalicə üçün Almaniyaya gedən zaman fabriklərə baş çəkib.

—————

Back


Categories


Contact

media news

Баку
Азербайджан
1073


+99412 4343413