YENİ NAZİRİN SIRADAKI HƏDƏFİ MƏLUMDUR

27/05/2013 14:24

YENİ NAZİRİN SIRADAKI HƏDƏFİ MƏLUMDUR

YENİ NAZİRİN SIRADAKI HƏDƏFİ MƏLUMDUR
DİA.AZ: - Məlum olduğu kimi, Təhsil Nazirliyində növbəti kadr dəyişikliyi edilib. Xəbərə görə, uzun illər təhsil nazirinin köməkçisi vəzifəsini icra edən Rasim Süleymanov işdən azad olunub. Təhsil naziri Mikayıl Cabbarov bununla bağlı əmr imzalayıb.

Qeyd edək ki, Mikayıl Cabbarov təhsil naziri vəzifəsində təyin olunduqdan sonra nazirlikdə bir sıra kadr dəyişiklikləri edilib. Bu vaxta kimi İqtisadiyyat şöbəsinin müdiri Şahrza Əliyev, Akkreditasiya şöbəsinin müdiri Həbib Zərbəliyev və Qiymətləndirmə və Monitorinq şöbəsinin müdiri Təranə Hacıyeva da tutduqları vəzifədən azad olunublar.

DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, məsələ bununla bitməyəcək və Mikayıl Cabbarovun gündəmində TN-nin daha bir neçə nüfuzlu məmurunun işdən çıxarılması var.

Bu barədə bilgili qaynağın DİA.AZ-a söylədikləri: “Nazirliyin Dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı vəzifəsindən alınacaqlar sırasında ilk yeri tutur. Ona qarşı hətta cinayət işi də açıla bilər. Burada söhbət ciddi ittihamlardan gedir”.

Qeyd edək ki, Faiq Şahbazlı dərslik siyasətini biznesə çevrilməsində əsas aparıcı fiqur olmaqla yanaşı, dərslik nəşrinin inhisara alınmasını təşkil edən şəxs kimi ciddi məsuliyyət daşıyır. Eyni zamanda Faiq Şahbazlı dərsliklərin biabırçı duruma salınmasında da birbaşa cavabdeh şəxsdir.

 

—————

Back


Categories


Contact

media news

Баку
Азербайджан
1073


+99412 4343413