ZEYNƏB XANLAROVADAN ŞOK MÜRACİƏT: "BUDURMU PREZİDENTƏ XİDMƏTİNİZ?!"

28/05/2013 10:53

ZEYNƏB XANLAROVADAN ŞOK MÜRACİƏT: "BUDURMU PREZİDENTƏ XİDMƏTİNİZ?!"

ZEYNƏB XANLAROVADAN ŞOK MÜRACİƏT: "BUDURMU PREZİDENTƏ XİDMƏTİNİZ?!"
Millət vəkili, SSRİ Xalq artisti, dövlət mükafatları laureatı Zeynəb Xanlarova tanınmış vəkil Aslan İsmayılovun müdafiəsiylə bağlı müraciət yayıb. Müraciəti kiçik ixtisarla dərc edirik: 
“Əziz dostlar, hamımız çox gözəl bilirik ki, bu il Prezident seçkiləri ilidir. Azərbaycanın gələcəyi üçün çox mühüm olan bu dövrdə hamınızı diqqətli və bəsirətli olmağa çağırıram. Hər gün müxtəlif sahələrdən narazılıq fəryadları gəldikcə, bunun ilk növbədə məsul xadimlərin iş bəhrəsi olduğuna əminliyim artır. Sizə səslənirəm ki, bəsdir! Bizə ümid bağlamış vətəndaşlarımızın vəziyyətini pisləşdirən, onları haqsız yerə incidən hərəkətlərə yol verməyin! Onu bilin ki, səmərəsiz işinizdən doğan bütün bu narazılıqlar yekunda əziz Prezidentimizə qarşı yönəlir, o isə ilk növbədə sizlərə güvənir.
Bu gün Milli Məclisdə səsləndirilmiş bir fikrə də öz münasibətimi bildirmək yerinə düşərdi. Məlum oldu ki, vəkil Aslan İsmayılovu bir daha vəkillikdən uzaqlaşdırdılar. Axı bunu necə başa düşmək olar?! Məgər Aslan İsmayılovu bir dəfə, 1999-cu ildə vəkillikdən çıxartmağınız bəs olmadı? Hər bir kəs, o cümlədən onun çıxarılmasını sifariş edənlər gördülər ki, o zaman Aslan İsmayılova həm daxildən, həm xaricdən necə dəstək gəldi. Bu dəstək kompaniyası bir tərəfdən, əziz Prezidentimiz İlham Əliyevin göstərişi o biri tərəfdən, yenidən Aslan İsmayılovu vəkilliyə qaytardı. Hazırda Aslan İsmayılovu vəkillikdən çıxardanlar belə çıxır Prezidentimizi də artıq saymırlar? Aslan İsmayılov baş verən qanunsuzluqları açıq şəkildə, qorxmadan dilə gətirir, mənfi halların aradan qaldırılmasını istəyir, bununla da, bir tərəfdən, bizim işimizə köməklik göstərir.
Bu kimi hərəkətlərə təxribat deyirlər, özü də Prezidentimizə qarşı təxribat! Siz Aslan İsmayılovu işdən çıxardır, onu müxalif düşərgəyə sürükləyir, daha sonra isə “müxalifət bizim işimizi əngələ salır” deyirsiz. Son günlərdə ölkə mətbuatını izləyin, həm daxildən, həm xaricdən Aslan İsmayılova verilən dəstəyə fikir verin. Siz özünüzü haqlı, Aslan İsmayılovu haqsız sayırsınız, halbuki Aslan İsmayılov haqsız olsaydı möhtərəm Prezidentimiz İlham Əliyev ona dəstək olmazdı.
Nə üçün bu məsələdə də xarici təşkilatlar bizim daxili işlərimizə qarışmalıdır. Bu təxribatlar Vətənini sevməyənlərə, yaşadığımız inkişaf dövrünə paxıllıq edənlərə və seçkiqabağı işlərimizi pozmaq istəyənlərə lazımdır. Budur Prezidentimizə dəstək?!
Hələ o zamanlar, hörmətli Prezidentimiz Avropa Şurası Parlament Assambleyasının Nümayəndə Heyətinin sədri olanda, xarici ölkəyə səfər edən kimi, Azərbaycanda bir neçə jurnalist, ictimai xadim həsb olunurdu və dərhal xaricdən təqzyiqlər gəldikdə, Prezidentimizi bu məsələlər olduqca məşğul edirdi. Siz – dövlət hakimiyyətinin nümayəndələri, Prezidentimizin işini asanlaşdırmaq, ona köməklik göstərmək əvəzinə onu əlavə işlərlə də məşğul edirsiz.
Qayıdaraq Aslan İsmayılovun məsələsinə, demək istəyirəm ki, vəkili vəkillikdən xaric etsəniz belə, o yenə də vəkil olaraq qalır, lakin bu həssas məqamda siyasi duruma sizin vurduğunuz ziyanın həcmi getdikcə artır”.
 

 

—————

Back


Categories


Contact

media news

Баку
Азербайджан
1073


+99412 4343413