ZİYA MƏMMƏDOV GEDİŞ HAQLARINI QALDIRIR

30/04/2013 13:44

 

ZİYA MƏMMƏDOV GEDİŞ HAQLARINI QALDIRIR
Nəqliyyat Nazirliyi Azərbaycan ərazisində şəhərdaxili və şəhərlərarası avtobus sərnişindaşımaları tariflərinin artırılması təklifi ilə Tarif Şurasına müraciət edib. «APA-Economics»in məlumatına görə, bunu nəqliyyat naziri Ziya Məmmədov bildirib.
 
Nazir qeyd edib ki, hazırda avtobuslarla həm şəhərdaxili, həm də şəhərlərarası sərnişin daşımaları ilə özəl sektor məşğul olur və son zamanlar iş adamlarından mövcud gediş haqlarının onların çəkdiyi məsrəflərə uyğun olmaması, xərclərin artması barədə müraciətlər daxil olur. Bu səbəbdən Nəqliyyat Nazirliyi gediş haqlarının artırılması ilə bağlı Tarif Şurasına müraciət etmək qərarına gəlib.

 

—————

Back


Categories


Contact

media news

Баку
Азербайджан
1073


+99412 4343413