"HAMI BİLİR Kİ, DÖVLƏT NEFT FONDUNA NƏ QƏDƏR VƏSAİT DAXİL OLUR".

13/05/2013 10:15

 

"HAMI BİLİR Kİ, DÖVLƏT NEFT FONDUNA NƏ QƏDƏR VƏSAİT DAXİL OLUR"...

"HAMI BİLİR Kİ, DÖVLƏT NEFT FONDUNA NƏ QƏDƏR VƏSAİT DAXİL OLUR"...
“Dövlət Neft Fondunun bütün xərcləri təsdiqlənmiş büdcə çərçivəsində həyata keçirilir”. Fondun icraçı direktoru Şahmar Mövsümov “Media forum” saytının sualına cavab olaraq belə deyib.

Şahmar Mövsümov qeyd edib ki, fondun büdcəsi və onun xərclənməsi şəffafdır: “Hamı bilir ki, Dövlət Neft Fonduna nə qədər vəsait daxil olur, nə qədər və hara xərclənir. Ehtiyat vəsaitlərin vaxtından əvvəl xərclənməsi iddiaları doğru deyil”.

İctimai Təşəbbüslər Mərkəzinin rəhbəri Qubad İbadoğlu mayın 8-də “Azərbaycanda neft gəlirlərinin idarə edilməsinə retrospektiv və perspektiv baxış” adlı konfransda deyib ki, Dövlət Neft Fondu hazırda 2018-ci ilin vəsaitini xərcləyir: “2013-cü ilin vəsaiti isə 2011-ci ildə xərclənib. Xərclər bu sürətlə davam etsə, neft və qaz gəlirləri 10 ilə tükənə bilər”.

 

—————

Back


Categories


Contact

media news

Баку
Азербайджан
1073


+99412 4343413