"Jurnalistlər üçün tikilən evlərin paylanması tam şəffaf həyata keçiriləcək"- FOTOLAR

02/05/2013 21:54

 

"Jurnalistlər üçün tikilən evlərin paylanması tam şəffaf həyata keçiriləcək"- FOTOLAR
Siyasət / Tarix 02 / 05 / 2013 Saat 11:21

18px16px14px12px

Bu gün Bakıda Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin (KIV) İnkişafına dövlət Dəstəyi Fondu, Milli Televiziya və Radio Şurası və Azərbaycan Mətbuat Şurası tərəfindən birgə Ümumdünya Mətbuat Azadlığı Gününə həsr olunmuş seminar çərçivəsində "Azərbaycan media məkanı: mövcud durum və perspektiv vəzifələr" mövzusunda tədbir keçirilir.

Publika.Az-ın məlumatına görə,  Mətbuat Şurasının sədri Əflatun Amaşov tədbirin açılışında Ümumdünya Mətbuat Azadlığı Gününün tarixi barədə məlumat verib. O qeyd edib ki, BMT dünyada mətbuat azadlığı ilə bağlı verdiyi bəyanatlarda qeyd edir ki, hökumət məlumat azadlığına məhdudiyyət qoymamalıdır.

Azərbaycanda azad mətbuatın mövcudluğu barədə danışan Ә.Amaşov qeyd edib ki, bu gün ölkədə baş verən bütün hadisələr ictimaiyyətə çatdırılır və buna heç bir məhdudiyyət qoyulmur. O, həmçinin qeyd edib ki, Azərbaycanda bu gün vətəndaşların ideya və fikirlərinin də ictimaiyyətə çatdırılmasında heç bir məhdudiyyət yoxdur.

 Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov isə tədbirdə çıxışı zamanı bildirib ki, Azərbaycanda 20 illik müstəqillik illərində bir neçə sahədə inkişafın bünövrəsi qoyulub ki, bunlardan biri də cəmiyyətdə informasiya azadlığının təminatıdır.

Azərbaycanda media azadlığının təminatı barədə danışan Ə.Həsənov bildirib ki, ölkədə senzuranın ümummilli lider Heydər Əliyev tərəfindən ləğv olması Azərbaycan mediasının gələcək inkişafının əsasını qoyub: ""Senzura "buzu" əriyəndən sonra mətbuatla cəmiyyət üz-üzə qaldı. Mediada hər kəs savadlı, etik normalara uyğun jurnalist deyil və bununla bağlı bir çox məhkəmə çəkişmələri oldu. Getdikcə bu məsələlər öz axarına düşdü. Azərbaycan hakimiyyətinin iradəsində azad media, söz azadlığını formalaşdırmaq durub. Azərbaycanda heç bir jurnalist deyə bilməz ki, istədiyi hadisə barədə məlumat yığıb, onu yaymaqda qadağalar qoyulub. Bütün şəxslər jurnalis fəaliyyəti ilə məşğul ola bilər, onlara məhdudiyyətlər qoyanlar qarşılarında dövləti görəcəklər".

PA şöbə müdiri media qarşısında duran vəzifələrdən də danışıb: "Media siyasiləşmə tendensyasından qurtulmalıdır. Hazırda iqtidar, müxalif, müstəqil və reket media fəaliyyət göstərir. Azərbaycan hakimiyyətinin də əsas məqsədi medianı normal fəaliyyət istiqamətinə yönəltməkdir".

PA rəsmisi vəzifələrdən biri kimi jurnalist peşəkarlığının artırılmasını qeyd edib. Onun sözlərinə görə, "Diffomasiya mühiti indikindən qat-qat artıq ictimai normalara riayət etməsini tələb edir:  "Ya media mühiti bu məsələlərdə diqqətli olmalıdır, ya da biz diffomasiya mühiti yarada bilməyəcəyik. Bəlkə də bunun üçün müvafiq kurslar açılmalıdır".

Ә.Həsənov mediada olan reket jurnalistikadan, öz fəaliyyətini təhdid üzərində quran jurnalistlərdən xilas olmağın vacibliyini də vurğulayıb. PA şöbə müdiri medianın maddi texniki bazasının yaxşılaşdırılması məsələsinə toxunaraq Azərbaycanda dövlət tərəfindən mediaya göstərilən yardımın şəffaflaşdırılması ilə bağlı məsələni də qeyd edib:

"Mən sizə söz verirəm, jurnalistlər üçün tikilən evlərin paylanması da tam şəffaf keçiriləcək və yalnız layiq olan jurnalistlərə təqdim olunacaq. Seçim 3 prinsip əsasında aparılacaq. Bunlar Azərbaycanda xidməti, haqqı, ehtiyacı olan jurnalistlər olacaq".


Vasif Həsənli

 

—————

Back


Categories


Contact

media news

Баку
Азербайджан
1073


+99412 4343413