Şirkətin istehsal etdiyi şirniyyat məmulatları Ukrayna və Rusiyadan gətirilən məhsul qarşısında tab gətirmədi
Azərbaycanda şirniyat məmulatlarının idxalı və ixracı ilə məşğul olan "Veysəloğlu" Şirkəti əməkdaşlıq etdiyi marketlərə və sahibkarlara qadağa qoyub.
Avropa.info-nun əldə etdiyi məlumata görə, "Veysəloğlu"dan sahibkarlara və marketlərə edilən xəbərdarlıqda satışa qoyulan şirniyyat məmulatlarının 70 faizinin məhz bu şirkətin məhsullarının olması istənilib. Əks təqdirdə, sahibkarlar bir daha "Veysəloğlu"nun məhsullarını ala bilməyəcəkləri ilə hədələniblər. Şirniyyat məmulatlarının biznesi ilə məşğul olan satış mərkəzləri isə bu qadağadan sonra, çətin duruma düşüblər. "Veysəloğlu"dan əsasən , nağd olmayan ödənişlə məhsul götürən sahibkarlar , başqa şirkətlərin məhsullarını da satmaq istəyirlər.
Çünki, "Veysəloğlu"nun nəzdində fəaliyyət göstərən "Ulduz" fabrikinin istehsal etdiyi şirniyyat məhsulları ilə müqayisədə, Ukrayna və Rusiyadan gətirilən məhsullar keyfiyyət etibarıilə daha çox üstündür. Üstəlik , "Ulduz" fabrikinin istehsal etdiyi "Tango", "Sema" şokoladları ilə Ukrayna və Rusiyadan gətirilən şirniyat məmulatlarının qiymətləri arasında da ciddi fərqlər yoxdur . Məhz bu səbəbdən də, istehsal etdiyi məhsulun satış əmsalının aşağı düşdüyünü görən "Veysəloğlu" nəzarətində olan satış mərkəzlərinə qadağa qoyub.