Tarix 18.02.14, 18:30 |
|
Səudiyyə Ərəbistanı sakinləri region üçün nadir hadisə olan qara baxmaq üçün ölkənin şimal-qərbindəki dağlıq ərazilərə gəlirlər
Qar Təbuk şəhəri yaxınlığında dağları və yolları örtüb.
PİA.AZ yerli mətbuata istinadən xəbər verir ki, soyuqların düşməsi fonunda Ərəbistan dövlətinin cənubunda yerləşən isti Rub əl-Xali səhrası ilə təzad kəskin şəkildə hiss olunur.
Yerli sakinlərdən biri qarlı qışdan zövq almaq üçün 250 km məsafə qət edib.
—————