“Amnistiya heç 1000 nəfərə də şamil olunmayacaq”

02/05/2013 22:07

 

“Amnistiya heç 1000 nəfərə də şamil olunmayacaq”

  •  

 

Font Ölçüsü
 

 

Vəkil Adil İsmayılov Milli Məclisin növbəti iclasında müzakirəyə çıxarılacaq Amnistiya aktı ilə bağlı məsələyə münasibət bildirib. Vəkil facebook hesabında budəfəki amnistiyanın tətbiq olunma dairəsinin məhdud olacağını açıqlayıb (qafqazinfo): “Maraqlıdır ki, son bir neçə ildə bütün amnistiya aktlarının təşəbbüskarı Milli Məclisin deputatı Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva olub. Məhz onun təşəbbüsü ilə 8 may 2007-ci ildə mərhum Heydər Əliyevin doğum günü münasibəti ilə, 17 mart 2009-cu ildə isə Novruz bayramı münasibəti ilə Amnistiya aktları Milli Məclis tərəfindən qəbul edilib.

Sonuncu təklif olunan layihə də Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə bağlıdır. Təklif olunan Amnistiya layihəsi ilə bağlı fikirlərimi bir cümlə ilə belə ifadə edərdim, bu layihə mərhum Prezident Heydər Əliyevin ruhuna hörmətsizlik olmaqla yanaşı möhtərəm Mehriban xanımın nüfuzuna zərbədir və bunun məsuliyyəti həmin layihəni hazırlayanların üzərinə düşür. Çünki layihə təqdim edildiyi qaydada qəbul ediləcəksə Azərbaycanın müstəqil olduğu dövrdə qəbul edilmiş tətbiq edilmə dairəsinə görə ən az məhkumu əhatə edən amnistiya olacaq. Çünki bu layihə hətta 2007 və 2009-cu illərdə qəbul edilmiş amnistiya aktları ilə də müqayisədə daha az adamı əhatə edəcək. Amnistiyanın qəbul edilməsi ərəfəsində səslənən 9000 rəqəmi isə göydən götürülüb, bu amnistiya heç 1000 nəfərə də şamil edilməyəcək”.

A.İsmayılov bununla bağlı millət vəkillərinə müraciət edib. Vəkil onları amnistiya aktının müzakirəsi zamanı onun tətbiq edilmə dairəsinin genişləndirilməsi ilə bağlı düşünməyə çağırıb.

 

—————

Back


Categories


Contact

media news

Баку
Азербайджан
1073


+99412 4343413