“ELƏ BU SALONDA OTURAN BƏZİ ŞƏXSLƏR...” – Mehriban Əliyeva

07/05/2013 15:08

 

“ELƏ BU SALONDA OTURAN BƏZİ ŞƏXSLƏR...” – Mehriban Əliyeva
 
Tarix: 07.05.2013 | Saat: 13:56 
 

“O, 1993-cü ildə prezident seçilərək bu adamların əksəriyyətini bağışladı”



Milli Məclisdə amnistiya aktının müzakirəsi zamanı çıxış edən layihənin təşəbbüskarı, Heydər Əliyev Fondunun prezidenti, deputat Mehriban Əliyeva öncə H.Əliyev haqqında fikirlərini çatdırdı. M.Əliyeva onu müdrik, güclü, cəsarətli, nəhəng intellektə və əyilməz iradəyə malik insan kimi xarakterizə etdi: “Eyni zamanda o, çox mərhəmətli insan idi. Baxmayaraq ki, o, ömrünün müəyyən dövründə elə bu salonda oturan bəzi şəxslər tərəfindən ədalətsizlik, haqsızlıqla üzləşmişdi, vaxtilə irəli çəkdiyi insanlar ona qarşı çıxdılar. Ancaq o, 1993-cü ildə prezident seçilərək bu adamların əksəriyyətini bağışladı”. 

M,Əliyeva dedi ki, bu gün müzakirə etdiyimiz amnistiya aktı elə bağışlama aktıdır və 90 illik ərəfəsində böyük rəmzi xarakter daşıyır: “Təqribən 9 min şəxsin amnistiya aktının təsiri altına düşməsi, 2 mindən artıq məhkumun azad olunması gözlənilir. Ümid edirəm ki, azad ediləcək insanlar bir də belə səhvlərə yol verməyəcəklər, həyatda öz yerlərini tutacaqlar”.Sonda M.Əliyeva deputatları amnistiya layihəsinə dəstək verməyə çağırdı.

 

—————

Back


Categories


Contact

media news

Баку
Азербайджан
1073


+99412 4343413