“Ulduz”lu mehmanxanaların qaranlıq qiymət siyasəti

31/01/2014 14:57

 “Ulduz”lu mehmanxanaların qaranlıq qiymət siyasəti

“Ulduz”lu mehmanxanaların qaranlıq qiymət siyasəti

Mədəniyyət və Turizm Nazirliyi üçün kiçik bir replika

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi dövlət təsnifatından keçərək "ulduz" almış mehmanxanaların sayını açıqlayıb. Nazirlikdən verilən məlumata görə, hazırda yalnız 48 mehmanxana və mehmanxana tipli obyekt dövlət təsnifatından keçməklə "ulduz" kateqoriyası ilə fəaliyyət göstərir. Həmin mehmanxanaların 19-u "beş", 22-si "dörd", 5-i "üç", 2-si "iki" ulduzludur.
"Beşulduzlu" hotellərin 15-i, "dördulduzlu" hotellərin 12-si, "üçulduzlu" hotellərin 4-ü Bakıdadır. "İkiulduzlu" hotellər isə rayonlarda yerləşir.
Nazirlikdən deyilib ki, mehmanaxanalara verilən "ulduz" kateqoriyası 3 il ərzində qüvvədə olur. Azərbaycanda dövlət təsnifatından keçmiş hotellərin əksəriyyətinin ulduzlarının qüvvədə olma müddəti ötən ilin dekabr və bu ilin yanvar ayında bitib. Həmin hotellər 2010-cu ilin dekabrında və 2011-ci ilin yanvar ayında dövlət təsnifatından keçiblər. Hazırda nazirlik həmin hotellərə yenidən "ulduz" kateqoriyasının verilməsi üçün edilən müraciətləri araşdırır.
Qeyd edək ki, 2013-cü ilin yanvar-iyun aylarının məlumatlarına əsasən, Azərbaycanda 516 mehmanxana və mehmanxana tipli obyekt var.
Bizə maraqlı gələn isə ölkədə “ulduz”lu mehmanxanaların sayının artmasına rəğmən orada gözqamaşdırıcı qiymət siyasətinin yürüdülməsidir. Məntiqlə bu cür mehmanxanaların sayı artdıqca rəqabət mühiti də güclənməli və onlar müştəri cəlb etmək adına qiymət və xidmət siyasətlərini yenidən gözdən keçirməli idilər. Belədə “ulduz”lu otellər yalnız cəmiyyətin 5-3 faizlik imkanlı kəsimi üçün deyil, daha çox vətəndaş üçün əlçatan olardı.
Amma qəribədir ki, “ulduz”lu mehmanxanaların sayı artdıqca onların onsuz da hədsiz baha olan qiymətləri orta statistik vətəndaşlar üçün bir az da əlçatmaz olur. Maraqlıdır, görəsən Mədəniyyət və Turizm Nazirliyinin yetkililəri bu absurdu nə ilə izah edirlər? 
Əgər belə bir izah olarsa, məmnuniyyətlə çap edərdik.

 

—————

Back


Categories


Contact

media news

Баку
Азербайджан
1073


+99412 4343413