Aşağı Güzdək sakinlərindən Əliyevə növbəti müraciət

02/01/2014 19:13

Aşağı Güzdək sakinlərindən Əliyevə növbəti müraciət

  •  

 

Font Ölçüsü
 

"Sizi oğlununz Heydərin canına and veririk, bizim müraciətimizi nəzərə alın"

Aşağı Güzdək qəsəbəsinin sakini, 2-ci qrup əlil Elşad Şeydayev ölkə başçısı İlham Əliyevə müraciət edib. O, müraciətin bir surətini də redaksiyamıza göndərib. Elşad Şeydayev bildirir ki, bu müraciət yalnız onun yox, bütövlükdə Aşağı Güzdək sakinlərinin müraciətiidir. Elşad Şeydayevin İlham Əliyevə yazdıqlarını təqdim edirik:

"Cənab prezident, artıq 7-ci dəfədir ki, sizə müraciət edirik. Bundan əvvəl də dəfələrlə sizə mətbuat və poçt vasitəsilə müraciətlər etmişik. Lakin bütün müraciətlərimiz cavabsız qalıb. Biz sakinlər də məcbur qalıb Türkiyə səfirliyinə müraciət etmək qərarına gəlmişik Çünki bizim müraciətlərimizi sizə çatdırmırlar. Əgər çatdırsalar, biz də Türkiyə səfirinə müraciət etmərik.

Bizim şikayətimiz ondan ibarətdir ki, yaşadığımız Aşağı Güzdək qəsəbəsinin bələdiyyə sədri əhalini saymır. Dövlət büdcəsindən qəsəbə üçün ayrılmış pulları qaranlıq məqsədlərə sərf edir. Əhalinin hüquqlarını kobud şəkildə pozur. Qəsəbədə işıq dirəkləri demək olar ki, yoxdur. Yollar bərbad gündədir. Küçələrdə palçıq dizə çıxır. Sakinlər su üzünə həsrətdir. Bələdiyyə sədrinin evinə şollar suyu gəlir. Amma qəsəbənin bu başında yaşayan sakinlər susuz qalıb. Kanalizasiya xətti də yoxdur.

Cənab prezident, Allah bu haqsızlığı götürməz. Şəxsən mən ü-ci qrup əliləm, yeriyə bilmirəm. Amma bu

vəziyyətdə vedrə ilə su daşımağa məcburam. Bələdiyyə sədri problemləri həll etməkdənsə mənə zəng vurub hədələyir, təhqir edir. Deyir ki, nə işıq dirəkləri, nə su, nə də yol olacaq. Əlimdən nə pislik gəlirsə sizə edəcəm.

Cənab prezident, sizi oğlununz Heydərin canına and veririk, bizim müraciətimizi nəzərə alın".

 

—————

Back


Categories


Contact

media news

Баку
Азербайджан
1073


+99412 4343413