ASTARANIN İCRA BAŞÇISININ YENİ BİZNESİ

13/05/2013 10:45

 

ASTARANIN İCRA BAŞÇISININ YENİ BİZNESİ

ASTARANIN İCRA BAŞÇISININ YENİ BİZNESİ
Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevin özünə yeni biznes qurduğuna dair məlumatlar yayılıb. İcra başçısı bu dəfə Naxçıvana turlar təşkil edir və Əshabi Kəhf ziyarətgahına ziyarətçilər göndərir. Özü də məcburi.
Məlumatda deyilir ki, icra başçısı bu addımı bir aya yaxındır atmağa başlayıb. Avtobusla təşkil olunan turlar isə 7 həftə çəkir və bunun üçün təkcə nəqliyyat xərci olaraq 100 manat alınır. Naxçıvanda qalmaq, yemək xərcləri isə şəxslərin özünə aiddir.
Qeyd olunur ki, həftədə bir dəfə təşkil olunan turlara isə icra başçısının müavini və təlimatçısı rəhbərlik edirlər. İlk olaraq büdcə təşkilatlarında işləyənlərin ora göndərildiyi deyilir. Ardından isə digərlərinin yola salınması nəzərdə tutulub. 

 

—————

Back


Categories


Contact

media news

Баку
Азербайджан
1073


+99412 4343413