Azərbaycan prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 yanvar faciəsinin qurbanlarının qəbirlərini ziyarət edib

20/01/2014 10:48

Azərbaycan prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 yanvar faciəsinin qurbanlarının qəbirlərini ziyarət edib, məzarları üzərinə qərənfillər düzüb


Dövlət başçısı “Əbədi məşəl” kompleksi önünə əklil qoyub, Vətən yolunda qurban getmiş şəhidlərin xatirəsinə ehtiramını bildirib.
 
Azərbaycanın dövlət və hökumət üzvləri, deputatlar, diplomatik korpusun nümayəndələri də Şəhidlər xiyabanını ziyarət ediblər.
 
1990-cı il yanvarın 20-də baş verən hadisələrin 24-cü ildönümü ilə əlaqədar səhər saatlarından 20 yanvar şəhidlərinin məzarlarını ziyarət başlayıb.
 
Axşam saatlarına kimi davam edəcək ziyarətlə əlaqədar Bakının bir sıra küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Saat 12.00 radələrində isə Bakı şəhərində şəhidlərin xatirəsini yad etmək üçün bir dəqiqəlik sükut elan olunacaq.

—————

Back


Categories


Contact

media news

Баку
Азербайджан
1073


+99412 4343413