BƏYLƏR ƏYYUBOVUN PAŞAYEVLƏRİN ADAMINA “İLİŞƏN” QOHUMLARI HƏBSƏ ATILDI – “Razborka”

02/05/2013 21:33

 

BƏYLƏR ƏYYUBOVUN PAŞAYEVLƏRİN ADAMINA “İLİŞƏN” QOHUMLARI HƏBSƏ ATILDI – “Razborka”
 
Tarix: 01.05.2013 | Saat: 10:56 | E-mail | Çapa göndər | Sosial şəbəkədə paylaş
Şrift ölçüsü : - / +

Böyük klana bağlı iş adamına qarmaq atanlar özləri tələyə düşüblər; general duruma əl qoymur



General Bəylər Əyyubovun yaxın qohumlarından və onlarla çox yaxın əlaqələri olan şəxslərdən ibarət bir qrup həbs edilib. Hadisə bir neçə gün əvvəl Bakıda baş verib. Bu barədə “Yeni Müsavat”ı bilgiləndirən qaynağın sözlərinə görə, həmin qrupun həbsinə səbəb bir müddətdir bir iş adamı ilə aralarında davam edən münaqişə olub. Məlumata görə, həbs olunan qrupun başında generalın doğmaca bacısı oğlu Osman adlı şəxs dayanır. Bu qrup Bakıda çox böyük imkanlara malik olan bir iş adamının obyektinə göz dikib və ondan müəyyən şərtlərlə iş ortaqlığı tələb edib. Həmin şəxs isə bir neçə dəfə bundan imtina edib və onları başa salmağa çalışıb ki, bu dəfə böyük yerə ilişiblər və o özü istəsə belə arxasındakı qüvvələr buna razı olmazlar. 

Bundan sonra generalın qohumları həmin şəxsə təzyiqi daha da artırıblar və məsələ böyüyərək ciddi münaqişəyə çevrilib. Nəticədə iş adamının “arxam” dediyi ciddi qüvvələr durumdan xəbər tutub. Həmin “ciddi qüvvə” kateqoriyasındakı çevrə isə Azərbaycanda bu gün ən nüfuzlu klan hesab olunan Paşayevlərmiş. Onların çətiri altında olan bir şəxsin obyektinə göz dikilməsi, onlara qarşı sözün həqiqi anlamında reketçilikə yol verilməsi və onların adamı ilə hədə-qorxu ilə danışılması ölkənin ən qüdrətli klanında bərk qəzəb yaradıb. Olayın yekunu isə bu olub ki, həmin reket qrupunun həbsi əmri verilib və bu, icra olunub.

General B.Əyyubov bundan xəbər tutsa da, həm göstərişin çox yuxarıdan gəldiyini bildiyindən, həm də yaxın ətrafında olan bəzi şəxslərin əməllərindən cana doyduğundan məsələyə müdaxilə etməyib.

Həbs olunan şəxslərin harada saxlandığı bəlli olmasa da, hələ də onların azadlığa buraxılmadığı və böyük ehtimalla ciddi şəkildə cəzalandırılacaqları bildirilir.

Qeyd edək ki, hakimiyyətdəki nüfuzlu qrup və klanlar onlara məxsus obyektlərə göz dikilməsinə, onların çətiri altında olan adamlarla hədə dilində danışılmasına və “razborka”lara çəkilməsinə çox sərt reaksiya verirlər, bunu edənləri ağır şəkildə cəzalandırırlar.

Buna misal olaraq elə bir müddət əvvəl sözügedən klana bağlı bir iş adamını “razborka”ya çəkən P.S.S. özəl mühafizə xidmətinin rəhbərlərindən olan İntiqam Mustafayevin aqibətini göstərmək olar. İ.Musatafayev hakimiyyətdaxili qruplar arasındakı yerini dəyişdirərək bu nüfuzlu klanın çətiri altına keçən bir iş adamını cəzalandırmaq istədiyi üçün özü cəzalandırıldı və bir neçə nəfərlə birlikdə həbs olundu. Arxalarında başqa bir kalan olmasına baxmayaraq, həmin şəxslər iki ilə yaxın həbsdə saxlandılar və yalnız bir müddət əvvəl azadlığa çıxmağa nail oldular.
(musavat.com)

 

—————

Back


Categories


Contact

media news

Баку
Азербайджан
1073


+99412 4343413