Bağçalarda uşaqlara ət verilmir

13/02/2014 09:17

Bağçalarda uşaqlara ət verilmir

 

Tarix 12.02.14, 20:08

Font ölçüsü : - / +
 

bitmap-img6

 


Lənkəranda fəaliyyət göstərən bağçalarda uşaqlar üçün ayrılan gündəlik qidalar menyuda göstərilsə də onların heç birinə tam əməl olunmur


Standartlaşdırma, Metrologiya və patent üzrə dövlət komitəsinin Lənkəran ərazi idarəsi, Lənkəranda fəaliyyət göstərən bağçalarda reydlərə başlayıb.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, reydlərin keçirilməsində əsas məqsəd, bağçalarda ərzaq təchizatı və keyfiyyəti ilə bağlı olub.

Reydlər zamanı məlum olub ki, bağçalarda uşaqlar üçün ayrılan gündəlik qidalar menyuda göstərilsə də onların heç birinə tam əməl olunmur. Bişirilən yeməklərin içərisində isə bir tikə belə ətə rast gəlinməyib.

Bağçalarda uşaqlara verilən çörəklərin keyfiyyətindən heç danışmağa dəyməz. Bütün nöqsanlarla əlaqədar, bağçaların rəhbərlərinə tələbnamə və iradnamələr verilib. Tələbnamə və iradnamələrin yerinə yetirilməsini öyrənmək məqsədi ilə idarə əməkdaşları qarşıdakı günlərdə həmin bağçalarda yenidən monitoriqlərin keçirilməsini planlaşdırırlar.

Qeyd edək ki, bu kimi monitorinqlərin cənub bölgəsində bütün bağçalarda aparılması nəzərdə tutulur. 

—————

Back


Categories


Contact

media news

Баку
Азербайджан
1073


+99412 4343413