Bakıda beynəlxalq Söz Azadlığı konfransı (FOTO)

02/05/2013 21:29

 

Bakıda beynəlxalq Söz Azadlığı konfransı (FOTO)

Bu gün "Excelsior Hotel"də "Təhlükəsiz şəraitdə danışmaq: Mediada söz azadlığının təmin olunması"adlı konfrans keçirilir. "Azadlıq"ın əməkdaşı Ramin Dekonun məlumatına görə, konfransı giriş sözüylə RATİ sədri Emin Hüseynov açıb: "Emin Hüseynov tədbir iştirakçılarını salamlayandan sonra, söz tədbirin mıderatoru Amerikanın səsi teleradiosunın əməkdaşı Tapdıq Fərhadoğluna verildi. O çıxışında Azərbaycanda jurnalist fəaliyyətinə görə 10-a yaxın insan həlak olub. Tapdıqoğlunun fikrincə 6 jurnalist müharibələrdə peşə fəaliyyətini yerinə yetirərkən dünyasını dəyişib".

Ramin Dekonun məlumatına görə, Tapdıq Fərhadoğlu çıxışçılara söz verib: "Öncə ATӘT-in Bakı ofisinin rəhbəri Koray Targay çıxış edib. Daha sonra ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar fikirlərini bildirib. Səfir çıxışında qeyd etdi ki, ABŞ-ın üçün demokratiya hər an öncül olub. Mətbuat azadlığındanda danışan Morninqstar bildirdi ki, ifadə və söz azadlığı demokratiyanın təməl daşıdır. Daha sonra söz Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobiaya verildi. ATӘT-in media azadlığı üzrə nümayəndəsi Dunja Mijatoviçin, RATİ sədri Emin Hüseynovun, "Turan" İnformasiya Agentliyinin direktoru Mehman Әliyevin, İREX və USAİD-in Yeni Media layihəsinin rəhbəri Әləsgər Məmmədlinin, Media Hüquqları İnstitutunun direktoru Rəşid Hacılının, blogger Әli Novruzovun, RATİ-nin media üzrə hüquqşünası Günay İsmayılovanın çıxış edəcəyi gözlənilir...

 

—————

Back


Categories


Contact

media news

Баку
Азербайджан
1073


+99412 4343413