Bakıda meyvələrin şok qiymətləri – SİYAHI

31/01/2014 15:08

Bakıda meyvələrin şok qiymətləri – SİYAHI

 

img1259978Bakıda bir sıra meyvələrin hətta dənə-dənə satışı qiyməti insanı vahimələndirir. Gün.az-ın bir sıra supermarketlərdə apardığı araşdırma göstərir ki, bunlar əsasən mövsümi olmayan və ekzotik meyvələrdir.

Müşahidəmiz göstərir ki, əgər hazırda könlünüzdən alça, böyürtkən, çiyələk keçirsə, bu, sizə çox baha başa gələcək.

Belə ki, mövsümündə 1 kiloqramı üçün 1 manatdan çox xərc çəkmədiyiniz alçanın hər dənəsi üçün hazırda minimal 7 manat xərcləməli olacaqsınız.

Amma əlbəttə ki, mövsümündə kiloqramla aldığınız yerli alça olduğu halda, hazırda, qışda dənə ilə aldığınız Dubaydan gətirilən alçalardır. Qiymət şokedici olsa da, satıcılar hətta qiymətin ötən ilə nisbətən azaldığını deyirlər. Belə ki, alça sevərlər ötən il alçanın bir dənəsi üçün 15 manatlarından keçməli olublar.

Eyni zamanda demək olar ki, bu meyvəni tapmaq da heç də asan deyil. Bu da marketlərin həmin meyvə üzrə məhz alıcılıq qabiliyyətinin aşağı olması səbəbindən ondan imtina etməsindən qaynaqlanır.

Əgər düşünürsünüzsə ki, bu yalnız alça üçün belədir, yanılırsınız. Belə ki, hazırda marketlərdə 1 kq ərik 24 manat, 1 kq gilas isə 48 manata satılır.

Qonşü Türkiyədən gətirilən çiyələk və üzümün qiymətləri də əlbəttə ki, ucuz olmasa da bunların yanında sönük qalır. Hazırda 1 kq çiyələk minimum 7,40 manata satılır. Üzüm isə 1 kq üçün 3 manatdan başlayır.

Yox əgər könlünüzdən giləmeyvə keçirsə, böyürtkənin 170 qr., qarağatın isə 125 qr. üçün 9,60 manat xərcləməlisiniz. Qablaşdırılmış formada satılan böyürtkən ABŞ, qarağat isə Hollandiyadandır.

Bildirək ki, şaftalı, ərik kimi meyvələr əsasən Dubaydan, mango, avakado, ananas kimi meyvələr Argentina və Braziliyadan, portağal, greyfrut, çiyələk kimi meyvələr isə əsasən Türkiyədən gətirilir.

Amma əlbəttə ki, yerli meyvələrimiz də satışdadır. Və bunların yerli olması özünü qiymətin nisbətində də göstərir. Belə ki, hazırda marketlərdə 1 kq almanın qiyməti 1,20 manatdan, 1 kq armud 2,40 manat, 1 kq mandarin 1,20 manatdan başlayır.

Süfrəmizdə çox öyrəşdiyimiz 1 kq nar üçün minimum 2,10 manat, 1 kq portağal üçün isə 1,70 manat xərcləmək lazımdır.

Həmçinin marketlərdə bəlkə də adını birinci dəfə eşitdiyiniz meyvələr də satılır ki, qiymətlərini görəndən sonra elə tanımadığınıza sevinəcəksiniz.

Elə isə qiymətlər tanış olaq: 1 kq manqustin 22 AZN, 1 kq litsi 30 AZN, 1 ədəd pamello 4,30 AZN.

Bundan başqa 1ədəd mango 5,40 AZN, 1 ədəd avakado 2,80 AZN, 1 ananas 3,30 AZN, 5,50 AZN, 1 ədəd kokos 1,30, 2 AZN, 1 kq kivi 2,30 AZN, 1 kq greyfrut 2 AZN və s.

Meyvə yemək sağlamlığa xeyirdir deyirlər. Tibb işçiləri orqanizmimizin vitaminlə təmin edilməsi üçün gün ərzində müəyyən qədər meyvə yeməyi məsləhət görürlər.

Odur ki, bu qiymətlərlə, hazırda meyvə tükətməyiniz çətin olsa da heç olmasa mövsümündə yerli meyvələrimizdən doyunca qidalanın ki, o biri mövsümə kimi səbir edə biləsiniz.

Meyvələr üçün minimal qiymətlər:

1 ədəd alça – 7 AZN

1 kq çiyələk – 7,40 AZN, 12 AZN

1 kq ərik – 24 AZN

1 kq gilas – 48 AZN

1 kq üzüm – 3 AZN

170 qr. malına – 9,60 AZN

125 qr. qarağat – 9,60 AZN

1 kq alma – 1,20 AZN

1 kq armud – 2,40 AZN

1 kq nar – 2,10

1 kq portağal – 1,70 AZN

1 kq manadarin – 1,20 AZN

1 kq manqustin – 22 AZN

1 kq litsi – 30 AZN

1 ədəd pamello – 4,30 AZN

1ədəd mango – 5,40 AZN

1 ədəd avakado – 2,80 AZN

1 ananas – 3,30 AZN, 5,50 AZN

1 ədəd kokos – 1,30, 2 AZN

1 kq kivi – 2,30 AZN

1 kq qreyfrut – 2 AZN

 

—————

Back


Categories


Contact

media news

Баку
Азербайджан
1073


+99412 4343413