Böyük arzularla yaşayan CAVİD

29.04.2014 17:04

  Böyük arzularla yaşayan CAVİD

Azərbaycan rəssamlıq məktəbinin qədim və zəngin tarixi vardır. Onun təməli hələ XVI  əsrdə dahi münatür rəssam Sultan Məhəmməd tərəfindən qoyulmuşdur. Bu məktəbin görkəmli nümayəndələri təsviri sənətin müxtəlif janrlarında yaratdıqları əsərlərində, doğma yurdumuzun füsünkar gözəlliyini, xalqımızın qəhrəmnlıq tarixini, yüksək mənəvi dəyərlərini, azadlıq amallarını  təsvir etmiş, onun həyat salnaməsini qazanmışlar. Bu, dünən də belə idi, bu gün də belədir...

Haqqında bəhs etdiymiz qəhrəman Cavid Xudaverdiyevdir. Cavid hələ yeddi yaşında ikən mömin bir şəxsin şəklini qələmlə çəkərək əmisinə göstərir. Əmisi Amin isə şəkili dost-tanışa göstərdikdə, ətrafdakılar onun gələcəkdə istedadlı rəssam olacağını söyləyirlər. Sonra adi qələmlə uşaq təxəyyülünün süzgəcindən keçərək daha bir neçə rəsm çəkir. Bunun ötəri bir həvəs olmadığını görən əmisi Amin kiçik Cavidin əl işlərini tanış rəssamlardan birinə gösrərir. Rəsmləri nəzərdən keçirən həmin  fırça ustası bu əsərlərdə istedadın ilk cücərtilərini duyduğu üçün Cavidi  fərdi şəkildə məşğul olmaq üçün müəllim yanına aparmağı məsləhət bilir. Beləcə, Cavid ailədən ilk dəstək alır. Bu balaca istedadın hər işi maraqla qarşılanır, xüsusən də yaxın qohumları Caviddən yeni-yeni rəsmlər gözləyir, əsərlər barədə xoş sözlər söyləyir, onu daha yaxşı işləməyə həvəsləndirirlər.  Cavid dərslərə böyük həvəslə gəlir, müəllimlərinin dediklərini tez qavrayır, bilmədiklərini, başa düşmədiklərini soruşub öyrənməkdən çəkinmir. Müəllimlər isə Cavidin istedadla yanaşı, məsuliyyətini, zəhmətsevərliyini xüsusi dəyərləndırır, gələcəkdə sənət aləmində tanınması üçün bu amillərin də vacib olduğunu tez-tez vurğulayırdılar.

... O, hələ gəncdir, sənətdə kövrək addımlarını atır, lakin öz fərdi üslubu ilə seçilir. Tarixi mövzularda təbiət təsvirlərinə həsr olunmuş tabloları Cavidin gələcəkdə istedadlı bir rəssam olacağından xəbər verir.Qədim və müasir Bakıya  həsr etdiyi silsilə əsərlər, obrazların psixologiyasına, daxili aləminə nüfuz etmək bacarığı ilə yaratdığı portretlər, həyat lövhələri onu göstərir ki, Cavidin yaradıcılığında mövzu rəngarəngliyi var və o, nəyi, necə işləməyi yaxşı bacarır.

Onun yaradıcılığının əsas qayəsini Azərbaycan təbiətinin gözəllikləri, Vətən övladlarının döyüş rəşadəti, torpağa, doğma yurda, əməyə, sənətə bağlılıq təşkil edir.

Bəlkə də  bu  uzaq qohumluğu  çatan  əvəzsiz  sənətkar Səttar Bəhlulzadə irsini davam etdirmək, füsünkar təbiətin daha bir  rəssamı Maral Rəhmanzadə ilə qohumluğu da artıq öz işini görür desək yanılmarıq.

Cavid Xudaverdiyev Mərdəkndakı Hacı Zeynalabdin Tağıyev adına 123 saylı otra məktəbin X sinifində oxuyur. Cavidin ilk rəsmlərini nəzərdən keçırırık. Əksəriyyəti natürmortdur. Son dərəcə təbii işlənmiş rənglər bir-birilə uyğunlaşaraq maraqlı bir kompozisiya yaratmışdır:  Guldandakı yasəmənlər o qədər canlıdır ki, qoxusunu hiss edirsən sanki.  Alma, nar, xurma... payızın xoş rayihəsini duyursan  bu tabloda.  Bir qədər sərinlik gətirir sənə, axı, qızılı payız öz yerini sərt, soyuq, qarlı-şaxtalı qışa verməyə hazırlaşır. Ancaq bu soyuqluq,  sərinlik tez də səni tərk edir, rasmlərdəki əlvan rənglər, gözəllik, müəllifin bu rənglərə hopdurduğu sevgi  ətrafdakı abu-havanı da dəyişir, insanın əhval-ruhiyyəsini də.

Onun “Mərdəkan qalası”, “Mənim ölkəm-Azərbaycan”, “Mənim tarixi abidəm”, “Qarabağ atım bir əfsanədir”, “Şuşa mənzərələri”, “Şuşanın səhəri...”, və s. əsərlərini də maraqla izləyirsən. Bu əsərlər insanı təsirləndirir, düşündürür.

Cavid istər tarixi, istər məişət, istərsə də adət-ənənələr, milli  mövzuda işlədiyi əsərlər olsun, yaratdığı obrazların xarakterlərini, daxili  dünyalarını öz düşüncə tərzinin və təbii ki, seçdiyi rənglərin köməyi ilə açmağa, təsvir etməyə çalışır. Təbiəti çox sevir, elə tablolarının çoxu da təbiət mənzərələrinə həsr edilib.

2007-ci ildə Cavid ilk uğurunu qazanır. Belə ki, Xəzər rayon orta ümumtəhsil müəssisələrinin şagirdləri arasında keçirilən “Azərbaycan gəncləri narkomaniya əleyhinə” mövzusunda rəsm müsabiqəsində o, 3-cü yeri tutur. 2009-cu ildə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin Nizami adına Mədəniyyət Mərkəzində Cavlidin “Mənim rənglı dünyam”  adlı ilk fərdi sərgisi keçirilir. Sərgiyə gələnlər bu balaca ustedadın əsərlərini böyük maraqla seyr edir, onun təxəyyülünə, bir-birindən fərqli tablolarına heyran qalırlar. Mütəxəssisər isə onları əsl sənət nümunəsi kimi dəyərləndirirlər. Bütün bunlar təpədən-dırnağadək yaradıcılıqla köklənmiş Cavidin işləməyə həvəsini daha da artırır. Bundan sonra o, 2013-cü ildə “26 fevral-Xocalı soyqırımının 21-ci ildönümü-Müharibə uşaqların gözü ilə” rəsm müsabiqəsinin qalibi olur, “Heydər Əliyev irsini öyrənirik” mövzusunda keçirilən yaradıcılıq müsabiqəsində digər iştirakçılardan fərqlənir.

Cavid Xudaverdiyev Buzovnadakı 2 saylı Uşaq İncəsənət Məktəbinin rəssamlıq şöbəsində təhsil alır Bu sənətin sirrlərini əməkdar rəssam Rəfael Muradovun sinifində öyrənir. Onu da deyək ki Rəfael müəllim öz tələbəsinin gələcəyinə çox inanır. Cavidin Çexslovakiyada “Mənim ölkəm” adlı sərgisi, Butaların içində Azərbaycanın milli geyimi, Azərbaycan rəqsi, Qız qalası, Tele qüllə, Alov qüllələri öz gözəlliyi ilə seçilir, yadda qalır . Maraqlısı odur ki, Cavid təhsil aldığı bu məktəbdə həm də müəllimlik edir.T əhsil aldığı orta məktəbdə də ona böyük etimad göstərilib. Hətta məktəbdə də Cavid tərtibat işlərini, tədbirlər üçün ssenarı yazır və eskizlər cızır.  O, bu işi  çox böyük  ürək və şövqlə yerinə yetirir. Elə bu baxımdan da onu hər yerdə çox istəyir, onun gəlişini səbirsizliklə gözləyirlər. Məktəbdəki bütün tərtibat işləri, keçirilən tədbirlər Cavidə həvalə olnur. O, məktəbin direktoru Gülnarə Əzimovanın ən yaxın köməkçılərindəndir.

Cavid mütaliəni  də çox xoşlayır, bu isə ona mövzu axtarışında  kömək edir. Cavidin arzuları böyükdür, peşəkar nəssam olmaq, bu sənət məktəbinin incilərini öyrənmək, dünya rəssamlarından faydalanmaq istəyir.  Ən əsası isə o, özünü təsdiqləmək, özü olmaq, öz dəsti-xətti, üslubu ilə seçılmək arzusundadır. Cavid ağ-qara və açıq yaşıl rənglərə üstünlük verir.Cavid ağ-qara və açıq yaşıl rənglərə üstünlük verir.

Rəssamın çəkdiyi şəkil  hər kəsin gözündə gördüyü, düşündüyü kimi  yadda qalır. Cavid  isə öz təxəyüllündən, gördüyü mənzərələri olduğundan daha da gözəl təsvir edərək kətan üzərinə köçürür. Bu da onun özünəməxsus dəsti-xəttindən xəbər verirdi. Əsl sənət, onu duyaraq yaradanda daha  gözəl olur. Cavid də rəssamləq sənətinin incəliklərini mənimsəyib, duyaraq  yaradır. Biz də ona  uğurlar arzulayırıq.

Mirvari Tahirli

 

—————

Back


Categories


Contact

media news

Баку
Азербайджан
1073


+99412 4343413