Cabir Novruzun gəlini Elşad Abdullayevə cavab verdi

14/12/2013 10:15
Cabir Novruzun gəlini Elşad Abdullayevə cavab verdi
BÖLÜM: Ölkə
YAYIM TARİXİ: 14 Dekabr 2013 08:32
 
 
 
 
 
 
 
 
Cabir Novruzun gəlini Elşad Abdullayevə cavab verdi

Mərhum Mirzə Novruzovun xanımı: “Mənim həyat yoldaşım avtoqəzada dünyasını dəyişib”

ABU-nun sabiq rektoru Elşad Abdullayev “Yeni Müsavat”a son müsahibəsində sabiq deputat Gülər Əhmədova barəsində yeni ittiham irəli sürüb. 

Onun sözlərinə görə, G.Əhmədova mərhum Sevinc Babayeva ilə yanaşı, daha bir nəfəri də zəhərləyib. Sitat aşağıdakı kimidir: “Sevinc Güləri bir dəfə mənim yanımda ifşa elədi. Mənə dedi ki, ”sən bilirsən, bu nə işlə məşğul olur? Bunlar Cabir Novruzun oğlunu zəhərlədilər. Vallah, Gülər, səni gec-tez tutacaqlar". Gülər də dedi ki, yox, mənim işim rahat gedir, sən bilirsən də mənim arxamda kim dayanıb, toxunulmazam mən. Cabir Novruz yaxşı deyir: “Xaricdəki düşmənimiz qorxuncdur, xaricdəki düşmənimiz dəhşətlidir. Amma daxildəki düşmənlərimiz daha qorxuncdur, daha dəhşətlidir...” Bu şeiri oxuyanda görürsən ki, Cabir Novruz bunu oğlu üçün yazıb".
 
Kifayət qədər ciddi olan bu iddianın arxasınca düşüb, Cabir Novruzun gəlini, Abşeron rayonunun sabiq icra başçısı, mərhum Mirzə Novruzovun həyat yoldaşı Lalə Novruzova ilə əlaqə saxladıq. Müsahibimiz bu iddianı yalanladı və onun kökündən yanlış olduğunu dedi: “O vaxt qəzetlər də yazmışdı bu haqda, televiziyalar da bunu göstərmişdi, qəza nəticəsində əzilən maşınını da nümayiş etdirmişdilər. Mənim həyat yoldaşım 2007-ci il martın 31-də avtomobil qəzasında dünyasını dəyişib. Bunu hamı bilir. Əlimizdə həkim rəyi də var”.
Müsahibimizin sözlərinə görə, həyat yoldaşının qəza nəticəsində qaraciyəri partlayıb: “Bunu da hamı bilir. İndi ortaya niyə belə söhbət atıblar, anlamıram. Bu, çox gülünc bir şeydir. Bunu eşidəndə çox güldüm. Adamların öz danışdıqları haqda anlayışları yoxdur”. 
L.Novruzova dedi ki, özü şəxsən G.Əhmədovanı tanımır. Millət vəkili kimi uzaqdan-uzağa tanışlığı olub: “Amma bilmirəm ki, həyat yoldaşımla münasibəti, tanışlığı olub, ya yox”.
 
Sevinc TELMANQIZI
 

 

—————

Back


Categories


Contact

media news

Баку
Азербайджан
1073


+99412 4343413