Deputatın qardaşı oğluna qarşı narkotika ittihamı

25/04/2014 18:11

Deputatın qardaşı oğluna qarşı narkotika ittihamı

 

Tarix 25.04.14, 14:59

Font ölçüsü : - / +
 

bitmap-img6

 


Deputat Hüseynbala Mirələmovun qardaşı oğluna qarşı narkotik maddələrin istifadəsi iddiası ilə cinayət işi açılıb.

 

 
Rəşad Mirələmovun Cinayət Məcəlləsinin 234.1-ci ( Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi üzrə işinə Xəzər rayon Məhkəməsində baxılır.
 
 İş üzrə proses mayın 15-nə təyin edilib.
 
Əgər iddialar təsdiqlənərsə, hazırda həbsdə olan R.Mirələmov üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. 
 
Xatırladaq ki, R.Mirələmov “1001 gecə" restoranında ölümlə nəticələnən insidentin əsas “qəhrəman”ı sayılır.  O, Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qətl törətmək) və 29,120.2.9-cu (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə təqsirləndirilib.

—————

Back


Categories


Contact

media news

Баку
Азербайджан
1073


+99412 4343413