DİN-dən 4 jurnalistin hədələnməsinə reaksiya

16/02/2014 12:01

DİN-dən 4 jurnalistin hədələnməsinə reaksiya

14.02.2014
Sadiq Gözəlov: “Vətəndaşın təhlükəsizliyi dövlət tərəfindən qorunur”

Vəhabilərin Azərbaycanın dörd tanınmış jurnalistini ölümlə təhdid etmələrinə Daxili İşlər Nazirliyindən reaksiya verilib. Nazirliyin mətbuat xidmətinin rəisi, polkovnik Sadiq Gözəlov musavat.com-a açıqlamasında bildirib ki, onda adıçəkilən jurnalistlərin hədələndiyi barədə məlumat yoxdur. Əgər hansısa jurnalist özünə təhlükə görürsə, Daxili İşlər Nazirliyinə müraciət eləsin: “Vətəndaşın təhlükəsizliyi dövlət tərəfindən qorunur. Əgər vətəndaş təhlükəsizliyinə hansısa problem görürsə, təhlükəsizliyinə təminat istəyirsə, müraciət edir və müraciətə uyğun olaraq da müvafiq tədbir görülür”.

Xatırladaq ki, fevralın 14-də Suriyada Bəşər Əsədə qarşı vuruşan azərbaycanlılara dəstək verən bəzi radikal vəhabi təriqətinin üzvü olan dindarlar facebookda Azərbaycanın dörd jurnalistini - ANS şirkətlər qrupunun prezidenti Vahid Mustafayevi, şirkətin vitse-prezidenti Mirşahin Ağayevi, APA-nın əməkdaşı Hafiz Heydərovu və “APA Holding”a daxil olan “Kulis.az” saytının baş redaktoru Qan Turalını hədələyərək təhdid ediblər. 

Onlar öz facebook səhifələrində ANS televiziyasında son vaxtlar Suriyada döyüşən azərbaycanlılarla bağlı yanlış informasiyalar verildiyini əsas gətirərək Vahid Mustafayev və Mirşahin Ağayevin ünvanına təhqir və tənqidlər səsləndirirlər. 
Həmçinin sosial şəbəkələrdə Suriyada öldürülən azərbaycanlılarla bağlı məlumatlar yayan APA İnformasiya Agentliyinin əməkdaşı Hafiz Heydərovun ünvanına da nalayiq ifadələr işlədiblər. Radikallar Qan Turalını İslamın düşməni adlandıraraq, onun bir neçə il əvvəl qətlə yetirilən yazıçı-publisist Rafiq Tağının davamçısı olduğunu bildiriblər. Jurnalistin fotolarını paylaşan şəxslər bütün dindarlara onu tanımağı məsləhət görüblər: “Bu adam Rafiq Tağının davamçısı və İslamın düşmənidir. Bakıda yaşayır. Düşmənlərimizi tanıyaq”.
 

 

—————

Back


Categories


Contact

media news

Баку
Азербайджан
1073


+99412 4343413