Dollar niyə bahalaşır?

02/01/2014 19:27

Dollar niyə bahalaşır?

  • CÜMƏ AXŞAMI, 26 DEKABR 2013 16:19
  •  
  •  
  •  

 

Font Ölçüsü
 

ABŞ Mərkəzi Bankının qərarı Azərbaycana təsirini göstərməkdədir

Natiq Cəfərli: «Martda dolların kəskin bahalaşması müşahidə olunacaq»

ABŞ Mərkəzi Bankı (Federal Rezerv Sistemi) 2008-ci il maliyyə böhranından sonra aylıq çap etdiyi 85 milyard dolları 10 milyard azaldacağı və yanvar ayından etibarən ABŞ valyutasının aylıq 75 milyard dollar çap olunacağı ilə bağlı qərar verib.

Artıq ABŞ Mərkəzi Bankı tərəfindən verilən bu açıqlama birjalara ciddi təsir göstərməyə başlayıb. Birjalarda neftin və qızılın qiyməti düşüb. Dolların dəyəri isə artıq bahalaşmağa başlayıb.

Proses Azərbaycana da təsirsiz ötüşməyib. Valyuta dəyişmə məntəqələrində ABŞ dollarının qiymətində günbəgün bahalaşma müşahidə olunmaqdadır.

Ekspertlərin proqnozları yaxın aylarda dolların qiymətinin bir qədər də artacağını deməyə əsas verir.

İqtisadçı-ekspert Natiq Cəfərli yaxın günlərdə kəskin artımın olmayacağını deyir. Mərkəzi Bankın özünün rezervləri vasitəsilə prosesi nəzarətdə saxlamağa çalışacaq. Amma ciddi proseslər mart ayında gözlənilir. Martdan başlayaraq dolların qiymətdə kəskin bahalaşma ola bilər: «İndi ABŞ Federal Rezerv Sistemi birjalara yardım proqramını aylıq cəmi 10 mlrd dollar azaltdı. 85 mlrd dollardan 75 mlrd dollara saldı. Amma mart ayında bundan tamamilə imtina etmək, yəni proqrammı ləğv etmək istəyir. Birdən birə hər ay 75 mlrd dollar bazardan çəkiləcək. Onda bütün dunyada dolların kəskin şəkildə bahalaşması müşahidə olunacaq».

Ekspert bahalaşma dağlasının Azərbaycana da ciddi təsir edəcəyini bildirdi: «Azərbaycan hökuməti illərdir Mərkəzi Bankı vasitəsilə dolların kursunu stabil saxlamaqda maraqlı idi. Burda həm iqtisadi, həm də şəxsi maraqlar var. Çünki Azərbaycanda korrupsiyanın həddi çox yüksək olduğundan korrupsiya ilə əldə olunan vəsaitlər ölkə daxilində əsasən manatla qazanılırdı və manatın stabil, aşağı kursla dollara çevrilməsində məmurların şəxsi marağı da var idi. Ona görə Mərkəzi Bankın əli ilə dolların kursunu stabil saxlamağa çalışırdılar. Amma bu uzun müddət davam edə bilməz. Əgər mart aynda bu proseslər baş verərsə, çox güman ki, Azərbaycana da ciddi təsir göstərəcək və biz ölkədə dolların bahalaşmasının şahidi olacağıq».

 

—————

Back


Categories


Contact

media news

Баку
Азербайджан
1073


+99412 4343413