Elşad Abdullayev İranə İlkini niyə izləyib?

13/05/2013 10:51

 

Elşad Abdullayev İranə İlkini niyə izləyib?

 

Font Ölçüsü
 

irane-ilkinSabiq rektor istintaqa ifadəsində də müğənninin adını hallandırıb

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacir həyatı yaşayan Elşad Abdullayev Bakı şəhər prokurorluğuna ünvanlandığı müraciətdə müğənni Iranə Ilkinin də adını halandırmışdı. “Mahir oğurlanana qədər 05 oktyabr 2003-cü il tarixində ”Yaşıl Ada" restoranında Arzu Kazımov müğənni Mətanət Isgəndərli və ikinci arvadı müğənni Iranə Ilkinlə Mahirə “Müğənni Mətanət Isgəndərlinin Qarabulaq sərgüzəştləri” adlı təhdidedici məqaləsini verərək 2 milyon dollar tələb etmişdir", deyə sabiq rektor müraciətində yazmışdı.
Iranə Ilkin isə açıqlamasında adının bu məsələdə hallanmasını Arzãu Kazımovla əlaqələndirmişdi. “Bu məsələdə adı hallanan və indi həbsdə olan Arzu Kazımova görə mənim də adım hallanır. Çünki mən Arzu Kazımovla yaşamışam, sevgili olmuşuq. Ikinci həyat yoldaşı olmuşam, mənim ondan 8 yaşında qızım da var”, - deyə o, bildirmişdi.
Elşad Abdullayev Iranə Ilkinin adını  istintaqa ifadəsində də hallandırıb. Elşad Abdullayevin ifadəsindəki həmin hissəni təqdim edirik: “Arzu Kazımov mənimlə söhbətində deyirdi ki, Mahiri tanıyır. Mahir itkin düşməzdən 1-2 həftə  əvvəl  Nərimanov rayonu ərazisindəki ”Yaşıl ada" restoranında Mətanət Isgəndərli, Arzunun qeyri-rəsmi arvadı Iranə Ilkinlə birgə oturub çörək yeyiblər. Arzu Mahiri həmin görüşdən tanıdığını deyib. Amma aralarında yaxın münasibət olması barədə mənə bir söz deməyib. 
Iranə Ilkini ilk dəfə 2004-cü ildə görmüşəm. Arzuyla mən “Azneft”dən keçəndə təsadüfən Iranəni bir cavan oğlanla gördük. Arzunun təklifiylə Iranəni izləməyə başladıq. Iranə ilə həmin oğlan “Diplomat” otelinə girdi, biz də ordan uzaqlaşdıq. Arzunun arvadı Iranə Mahirlə tanış olmayıb".

 

—————

Back


Categories


Contact

media news

Баку
Азербайджан
1073


+99412 4343413