Müşfiq Atakişiyevə Mahir Abdullayevlə əlaqələri barədə də sual verilib
Neçə müddətdir barəsində qalmaqallı xəbərlər yayılan «Təfəkkür» Universitetinin rektoru Müşfiq Atakişiyev də fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin işi ilə əlaqədar dindirilib. Bu barədə xəbər dia.az-ın elektron poçtuna göndərilib. Redaksiyamıza daxil olan informasiyada bildirilir ki, Müşfiq Atakişiyevdən Elşad Abdullayevlə əlaqələri soruşulub: «Eyni zamanda «Təfəkkür»ün rektoruna Elşad Abdullayevin itkin düşmüş qardaşı Mahir Abdullayevlə əlaqələri barədə də sual verilib».
Məlumatı verən qaynaq iddia edir ki, istintaq sirri olduğundan bu barədə rektora danışmamaq təlimatı da verilib.
Onu da xatırladaq ki, Elşad Abdullayev də açıqlamalarında Müşfiq Atakişiyevin adını xatırladıb.
|