ELDAR NAMAZOV RƏSUL QULİYEVİN SÖZÜNƏ REAKSİYA VERDİ

13/05/2013 10:14

 

ELDAR NAMAZOV RƏSUL QULİYEVİN SÖZÜNƏ REAKSİYA VERDİ

ELDAR NAMAZOV RƏSUL QULİYEVİN SÖZÜNƏ REAKSİYA VERDİ
”Əlbəttə, bu ideyanı dəstəkləmək lazımdır. Ancaq ən görkəmli ideyalar da onun həyata keçirilməsini həyata keçirənlər tərəfindən doğulmamış qəbrə qoyula bilər. Qəzetlərin yazdıqlarından belə məlum olur ki, Milli Şuranı 3 şəxs, 3 siyasi qüvvə formalaşdırır. Əgər Milli Şura elan edildiyi kimi xalqın bütün zümrələrini əhatə edəcəksə, mənim hörmətlə yanaşdığım bu şəxsiyyətlər bu işi görə bilməzlər”.

Modern.az-ın məlumatına görə, bu sözləri sabiq spiker Milli Şura ideyasının perspektivlərini şərh edərkən bildirib. “Onlar hansı mandatla xalqın iradəsini ifadə etməli olan Milli Şura yaradırlar? Milli Şura ayrı-ayrı fərdlərin seçimi ilə yox, müəyyən bir prinsiplə yaradıla bilər. Onların yaratdıqları isə İP, üstəgəl El hərəkatı olacaq” - deyən R.Quliyev deyib ki, o başqa müxalif qüvvələr kimi həmişə İP-nı dəstəkləyib. 

“Baxmayaraq ki, onların liderlərinin səhv siyasətini guya İP-ya qarşı münasibət kimi qələmə verməyə cəhd ediblər. İndi də Milli Şura adı altında hansısa bir qurum yaransa, o qurumu dəstəkləyəcəyəm. Ancaq şəxsi və ya partiya maraqları prinsipi əsasında yaradılacaq heç bir qurumun adından asılı olmayaraq üzvü olmaq fikrim yoxdur. Məsələn, Milli Şura üzvü görkəmli alim və ya görkəmli ziyalı ola bilər prinsipi əsas götürülür. Kimin görkəmli alim və ya ziyalı olması necə müəyyənləşdirilir, böyük sualdır. Və yaxud xalqın arasında hörməti olanlar. Əlbəttə, bunlar hamısı abstrakt şeylərdir. Mən əminəm ki, həmin o Milli Şurada əksəriyyət üzvülər İP və El hərəkatından olacaq. Belə olan şəraitdə bu məsələyə ideya müəllifi necə baxacaq, demək çətindir” - deyə R.Quliyev Milli Şura ilə bağlı mövqeyini açıqlayıb. 

EL hərəkatının sədri Eldar Namazov səslənən fikirlərlə bağlı Deyerler.org-a münasibətini açıqlayıb. “Bu yanlış yanaşmadır. İnşaallah, Milli Şura elan olunanda, tərkibi bəli olunanda hamı görəcək ki, burada cəmiyyətin bütün zümrələrinin nümayəndələri təmsil olunur”. 

Konkret olaraq Rəsul Quliyev və partiyasına gəldikdə isə, El sədri “Dəyərlər”ə bildirib: “Bu barədə Rüstəm müəllim də açıqlalma verib, mən də bu haqda sözümü demişəm. Milli Şura ideyasının reallaşmasını istəyən adamlar da bu haqda mətbuata açıqlama veriblər. Biz burada Azərbaycanın aparıcı partiyaların, o cümlədən Rəsul Quliyevin başçılıq etdiyi partiyanı və ictimai qurumları, həmçinin gənclər hərəkatları, ziyalıları, bütün təbəqələri dəvət etmişik Mill Şurada iştirak etsinlər”.


E.Namazov onu da vurğulayıb ki, artıq Milli Şura ideyası haqqında danışmaq deyil, daha çox iş mərhələsindədirlər. Onun sözlərinə görə, yaxın günlərdə sözügedən qurum elan ediləcək.

 

—————

Back


Categories


Contact

media news

Баку
Азербайджан
1073


+99412 4343413