Fəxrəddin Zamanov, lütfən bizi məhkəməyə verin!

09/02/2014 09:23

Fəxrəddin Zamanov, lütfən bizi məhkəməyə verin!

bitmap-img6
 


Mikayıl Cabbarovun işçisi öz gözündə tiri görə bilmir…

 

 
Ağdam Dövlət Sosial-İqtisad Kollecinin direktoru Fəxrəddin Zamanov saytımıza və Mətbuat Şurasına müraciət edərək 24.01.14 və 04.02.14 tarixdə saytımızda kollecdə baş verən qanunsuzluqlar haqqında dərc olunan iki yazını şər və böhtan adlandırıb. (yazılarla aşağıdakı linklərdən tanış ola bilərsiniz), 
 
 
Biz isə öz tərəfimizdən bildiririk ki, Ağdam Dövlət Sosial-İqtisad Kollecinin direktoru Fəxrəddin Zamanovun fəaliyyətindəki korupsiya faktları ilə bağlı hər bir faktı sübut etməyə hazırıq. Sadəcə bunun üçün Fəxrəddin Zamanovun bizi məhkəməyə verməsi gərəkir ki, biz də bunu çox istəyir və Fəxrəddin müəllimdən xahiş edirik ki, bizə lütf edib məhkəməyə müraciət etsin.
 
 Biz bir daha iddia edirik ki, Fəxrəddin Zamanov hər semestenrdə tələbələrdən imtahan pulu yığır. İddia edirirk ki, Fəxrəddin Zamanov TQDK-dan kənar Ağdam Dövlət Sosial-İqtisad Kollecinə tələbə qəbulu həyata keçirib və həmin siyahını məhkəməyə təqdim etməyə hazırıq. 
 
İddia edirik ki, Fəxrəddin Zamanov son iki ildə təhsil ocağına ayrılan 200 min manata yaxın vəsaitin bir hissəsini mənimsəyib. Ayrılan vəsaitlər avadanlıqların, mətbəə xidmətlərinin, digər maşın avadnlıqlarının, dəftərxana ləvazimatlarının alınması və təmir abadlıq işlərinə xərclənməsi adı altında sənədləşdirilib. 2 aydan bir kollecin direktoru Fəxrəddin Zamanov tələbələrdən dəftərxana ləvazimatları üçün 3 manat pul yığdırıb.
 
İddia edirik ki, Fəxrəddin Zamanov bir çox dərs saatlarını özünə yaxın müəllimlərə verməsi müqabilində müəyyən “faiz” alır. Eyni zamanda direktor kollecdə olan dərnək dərslərinin saatlarını ən yaxın adamlarının adına yazdıraraq ay ərzində bir neçə min manat vəsait qazanır. 
 
İddia edirik ki, son bir ildə Ağdam Dövlət Sosial İqtisadi Kollecinə TQDK-dan kənar 30-a yaxın tələbə qəbul olunub və onların əksəriyyətinin adlarını açıqlaya bilərik.
 
İddia edirik ki, Fəxrəddin Zamanov kollecdən əldə etdiyi qazanclar sayəsində Tərtər rayonunda böyük təəsrrüfat, ticarət obyekti yaradıb və Bakı şəhərində mənzil alıb. 
 
Fəxrəddiq Zamanov ondan münasibət öynmədyimizi iddi edir. Özünə ziyalı deyən bu şəxs, küçə söyüşlərini ağzından yerə salmayan «müəllim» yalan danışır. Biz onun mövqeyini öyrənmişik və səs yazısını təqdim edə bilərik.
 
Bütün bunlardan sonra əgər doğurdanda biz PİA.AZ olaraq böhtançı və şərçiyiksə, o zaman Fəxrəddin müəllimdən bir daha məhkəməyə müraciət etməsini xahiş edirik.
 
Və hər kəsin nəzərinə çatdırırıq əgər belə bir məhkəmə prosesi olarsa, Təhsil Nazirliynin bir çox kirli işləri də ortaya çıxacaq.
 

 

—————

Back


Categories


Contact

media news

Баку
Азербайджан
1073


+99412 4343413