HANSI MƏMUR OĞLU GECƏ BARI QADAĞASINI POZDU?

13/05/2013 10:13

 

HANSI MƏMUR OĞLU GECƏ BARI QADAĞASINI POZDU?

HANSI MƏMUR OĞLU GECƏ BARI QADAĞASINI POZDU?
“MAMOUNİA”DA MƏMUR OĞULLARININ MAŞINLARI GÖRÜNMƏYƏ BAŞLAYIB

DİA.AZ: - Bildiyiniz kimi Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsində yerləşən məşhur "Mamounia Lounge" adlı gecə klubu aprel 10-da gecə vaxtı Şəhər Baş Polis İdarəsi və Səbail Rayon Polis İdarəsinin 39-cu polis bölməsi tərəfindən keçirilən əməliyyat nəticəsində bağlanılmışdır. 

Keçən yazılarımızın birində biz bu barədə ətraflı yazmışdıq. DİA.AZ bildirir ki, bu barədə “qafqazregion” portalında yeni məlumatlar yayılıb. DİA.AZ-ın həmin portalda yer alan materiala istinadən verdiyi məlumata görə, “Mamounia” klubu artıq fəaliyyətə başlayıb .Aldığımız məlumata görə klubda yenə də fəallaşma var. Bununla bağlı müxbirimiz şənbə günü “Mamounia”ya yollanıb.
HANSI MƏMUR OĞLU GECƏ BARI QADAĞASINI POZDU?

Məlum olub ki,dünən gecə təxminən saat birdə SOCAR-ın prezidenti Rövnəq Abdullayevin oğlu öz cangüdənləri ilə “Mamounia”da olub. Onlar dövlət qeydiyyat nişanlarının əvvəli 99 ,axırı isə 999-la qurtaran “Porsche Cayenne” və “Mersedes- Gelenvagel” markalı avtomaşınlardan düşərək sakitcə “Mamounia”ya istirahət etməyə keçiblər.

Bildiyiniz kimi klub bağlanan zaman klubun qabağına dəmir borular basdırılmışdır ki,gecə klubuna gələn müştərilər maşınlarını klubun yanında saxlayaraq ərazidən keçən piyadaların gediş-gəlişinə maneəçilik törətməsinlər.

SOCAR-ın prezidenti Rövnəq Abdullayevin oğlu da bu səbəbdən yanındakılara deyib ki, maşınları qadağa qoyulan yerə salmasınlar, yəni,qaydalara riayət edərək hamı kimi saxlasınlar.

Ancaq SOCAR-ın marketinq departamentinin müdiri Ədnan Əhmədzadə və onun cangüdənləri kluba gələrək öz çiplərini yenə də köhnə qaydada, yəni daş bardürün üstündən qaldıraraq “Mamounia”nın düz qabağında saxlayıblar.

Maraqlıdır ,görəsən o bununla nə demək istəyib?! Bəlkə bununla Ədnan “Mamounia”nın keçmiş müştərilərinə bildirmək istəyib ki, hər şey öz qaydasındadır və bir ay bundan əvvəl mətbuatda yazılanlar boş şeydir?

Fikir verin ki, SOCAR-ın prezidentinin oğlu maşınını qadağan olunan yerdən kənarda saxlayır,ancaq Ə. Əhmədzadə kartejini nümayişkarcasına bardürun üstünündən sürdürərək klubun düz qabağında saxlayır. Qeyd edək ki, həmin kartejdəki avtomaşınların nömrələrin hamısı AA 301,PB 301 və 300 nömrələrdir.

Sual olunur, axı niyə Ə. Əhmədzadə özünü sadə adam kimi apara bilmir,pis mənada hamıdan fərqlənməyə çalışır? Bax bunu biz gələn yazımızda aydınlaşdırmağa çalışacağıq. Apardığımız araşdırmalar nəticəsində “Mamounia” klubunun kimin adına olması da bizə bəlli olub.

Ancaq onun haqda bu yazımızda yazsaq Ə. Əhmədzadə “sevinər” .Buna görə də bunu başqa bir mövzuda yazılan yazımızda açıqlayacağıq. Bizi izləyin,“Mamounia” ilə bağlı araşdırmalarımız hələ davam edir...
 

 

—————

Back


Categories


Contact

media news

Баку
Азербайджан
1073


+99412 4343413