Icra başçısının büdcə təşkilatlarından aldığı aylıq xəraclar - Siyahı

09/02/2014 09:30

Icra başçısının büdcə təşkilatlarından aldığı aylıq xəraclar - Siyahı

 

Tarix 04.02.14, 11:38

Font ölçüsü : - / +
 
bitmap-img6
 


Şahin Məmmədovun çapıb taladığı Ağcabədi başçının zülmü altında inləyir

 

 
İcra başçısı ay ərzində büdcə təşkilatlarından 100 min manat «aylıq» alır; Təhsil Şöbəsinin müdiri Mehdi Əhmədovun hər ay icra başçısına 10 min manat verdiyi idda olunur; rayonunun baş həkimi isə başçıya 8 min manat «xərac» verir; rayonun su idarəliri isə Əli Əliyevin rəhbərliyi ilə Şahin Məmmədova hər ay 20 min manat verirlər…
 
Mətbuatda dəfələrlə Ağcabədi rayonunda bəzi kiçik məmurların icra başçısı Şahin Məmmədovdan narazı olmaları barədə məlumatlar gedib. Həmin məlumatlarda bildirilirdi ki, idarə müdirləri icra başçısının onlardan aldığı «hesabı» hər ay qaldırır və bununlada kiçik məmurların «qazancları» azalır. 
 
Ağcabədi rayonu ilə bağlı PİA.AZ daxil olan məlumata görə icra başçısı Şahin Məmmədov rayon bütün büdcə təşkilatlarına aylıq «haqq» qoyub və başçının bu cəngəllik «qanunundan» artıq kiçik məmurlar təngə gəliblər. Məlumata əsasən icra başçısının əsas haqq qoyduğu təşkilatlar Mərkəzi Xəstəxana, Təhsil işöbəsi,  Suvarma Sistemləri İdarəsi,  Mədəniyyət və Turizm İdarəsi dir. 
 
Eyni zamanda Şahin Məmmədov  Yol İstismar İdarəsinin, Maliyyə idarəsinin, Yaşıllaşdırma İdarəsi və Ağcabədi şəhər icra nümayəndəliyinin əli ilə də külli miqdarda dövlət vəsaitini mənimsəyir. 
 
Bildirilir ki, Mehdi Əhmədovun rəhbərlik etdiyi Ağcabədi Təhsil Şöbəsi rayonda ən böyük büdcə təşkilatıdır. 61 tam orta məktəbdən ibarət olan Təhsil Şöbəsində 3000-dən çox müəllim kollektivi işləyir.  Ağcabədi Təhsil Şöbəsi ilə bağlı PİA.AZ-a daxil olan məlumatda göstərilir ki, Mehdi Əhmədovun dərnəklərdən, fakultətiv dərslərdən, yeni müəllimlərin işə götürülməsindən və təmir, tikinti  işlərindən ay ərzində 20-25 min manat qazanc əldə edir.  İdarə müdiri icra başçısına ay ərzində 10 min manat haqq verdiyi qeyd olunur.  
 
Rayonun ikinci ən böyük büdcə təşkilatı olan Ağcabədi Mərkəzi Xəstəxanası 4 əsas xəstəxanadan, (Mərkəzi,  Uşaq,  Vərəm,  Təcili Tibb Yardım) və 48 tibb,  həkim, kənd sahə xəstəxanalarından ibarətdir.  Novruz Ababsovun rəhbərlik etdiyi Səhiyyə təşkilatında 400 dən çox  səhiyyə işçisi çalışır.  Məlumata əsasən son 1 ildə rayon mərkəzi xəstəxanasına  500 min manatdan çox dərman və sarğı ləvazimatları verilib. Dövlət tərəfindən verilən dərmanlar, sarğı ləvazimatları sənədləşdirmələrdə şəhər xəstəxanaları və kənd tibb məntəqələri arasında bölünüb.  Qeyd olunur ki, 48 tibb məntəqəsinə sadəcə bir neçə adda dava dərman və sarğı ləvazimatları verilib, yerdə qalan dərmanlar baş həkimin əl altıları tərəfindən satılaraq mənimsənilib. Baş həkimin əsas gəlir məntəqələri isə Şəhər Uşaq Xəstəxanası,  Təcili Tibbi Yardım xəsatəxanası və Doğum şöbəsidir. Bu qurumların hər birindən  ay ərzində Novruz Abbasova  1500 manat vəsait çatır. Bundan başqa kənd tibb məntəqə  rəislərinnin hər biri  ayda baş həkimə 100 manat hesab verdiyidə qeyd olunur. 
 
məlumatlı mənbə bildirir ki, Mərkəzi Xəstəxananın baş həkimi həyata keçirdiyi bütün maxinasiyalardan bir başa xəbəri olan icra başçısı Şahin Məmmədov Novruz Ababsovdan hər ay 8 min manat «aylıq» alır. 
 
Şahin Məmmədovun «xərac» aldığı büdcə təşkilatlarından biridə Ağcabədi Mədəniyyət və Turizm şöbəsidir. 300-yaxın işçisi olan bu şöbənin nəzdində 23 klub 21 mədəniyyət evi , muzey və 30 yaxın kitabxana fəaliyyət göstərir.  Rayon Mədəniyyət və Turizm İdarəsinin Ağcabədi şəhərindən başqa kəndlərdəki şöbələrinin formal olduğu hər kəsə bəllidir.  Adı çəkilən təşkilatın müdiri Rza Quliyevin əsas gəlir mənbəyi kənd mədəniyyət evlərinə,  klublarına və kitabxanalarına yaxın adamlarının adlarını yazdırmaqla hər ay qanunsuz  olaraq dövlət büdcəsindən bir neçə min manat vəsait oğurlayır.
 
Daxil olan məlumata əsasən idarə müdiri rayon maliyyə idarəsinin rəhbəri ilə əlbir olaraq kəndlərdəki mədəniyyət evlərinin və klublarının təmiri üçün hər il rayon büdcəsindən yüz min manatlarla vəsait çıxardaraq bölürlər.  Büdcədən çıxarılan vəsaitləri sənədləşdirmək üçün isə Kənd mədəniyyət evlərini və  klublarını rəngləyirlər. 
 
Məlumatda göstərilir ki, rayon Mədəniyyət və Turizm İdarəsinin müdiri Rza Quliyev hər ay icra başçısı Şahin Məmmədova 3 min manat «aylıq»verir.  
 
Ağcabədi icra başçısının aylıq haqq aldığı büdcə təşkilatları arasında  Suvarma Sistemləri İdarəsi müdiri Əli Əliyev,  Meliorasiya İdarəsi müdiri Azər Rzayev,  Subartezan Quyularının İstismar idarəsi müdiri Fəxrəddin Kərimov,  Melioservis idarəsi müdiri Mübariz İbrahimovda yer alır. Qeyd edək ki,  Ağcabəddi su idarələri korrupsiya bataqlığını xatırladır və bu idarələrdə baş verən maxinasiyalarla bağlı növbəti saylarımızda ilginc məlumatlar verəcəyik.  
 
Məlumatlı mənbə iddia edir ki, Ağcabədinin 4 su idarəsi ümumilikdə icra başçısına ay ərzində 20 min manat haqq ödəyirlər.  Bu vəsaiti hər ay Suvarma Sistemləri İdarəsinin müdiri Əli Əliey yığaraq Şahin Məmmədova çatdırır. 
 
Qeyd edək ki, Ağcabədi icra başçısının qazanc mənbəyi olan Yol İstismar,  Yaşıllaşdırma və Maliyyə  idrələri ilə bağlı redaksiyamıza göndərilən məlumatlar araşdırılır,  növbəti saylarımızda oxucularımıza təqdime dəcəyik.
 
Yazıda adı keçən şəxslərin və qurumların mövqelərini dərc etməyə hazırıq…
 

 

—————

Back


Categories


Contact

media news

Баку
Азербайджан
1073


+99412 4343413