İCRA BAŞÇISI ŞEYXİN QUDASINDAN ŞİKAYƏTÇİ DÜŞÜB

13/05/2013 10:42

 

İCRA BAŞÇISI ŞEYXİN QUDASINDAN ŞİKAYƏTÇİ DÜŞÜB

İCRA BAŞÇISI ŞEYXİN QUDASINDAN ŞİKAYƏTÇİ DÜŞÜB
BAŞÇI HACI MAZANI BİTİRƏ BİLMƏSƏ, O ZAMAN DURUMU GƏRGİNLƏŞƏCƏK

DİA.AZ: - Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadənin qudası Hacı Mazanla yollaşmayan Masallının icra başçısı Rafil Hüseynov rəqibindən «yuxarılara» şikayətçi düşüb. Bu ilginc məlumatı redaksiyamıza Masallıdakı qaynaqlar ötürüb.

Xatırladaq ki, Rafil Hüseynovun Hacı Mazanın rayondakı obyektlərini hədəfə alması barədə xəbər vermişdik. Bundan sonra isə Masallının icra başçısının oğlu bir insidentdə yaxalandı ki, bununla da Rafil Hüseynov Hacı Mazanın qarşısından geri çəkilməli oldu. Amma vəziyyətin bu şəklilə razılaşmayan icra başçısı yenidən hücuma keçmə qərarını verib.

Məlumatlı mənbənin DİA.AZ-a söylədiklərindən belə aydın olur ki, icra başçısı Hacı Mazandan PA-ya şikayət etməsini rayondakı məmurların yanında da etiraf edib: ««Artıq bu adam ciddi problemə çevrilib» - deyən icra başçısı onu da bildirib ki, əgər Hacı Mazana Masallıda qalib gələ bilməsə, digərləri də onun üstünə ayaq tutacaq».

Çox güman ki, icra başçısı «digərləri» dedikdə Abıyevləri nəzərdə tutub. Çünki son zamanlar Rafil Hüseynovun hazırda Daşkəsənə rəhbərlik edən Əhəd Abıyevin qohumları ilə də problemlər yaşadığı söylənilir.
 

 

—————

Back


Categories


Contact

media news

Баку
Азербайджан
1073


+99412 4343413