Məleykə Abbaszadə Mikayıl Cabbarovdan danışdı

07/05/2013 14:14

 

Məleykə Abbaszadə Mikayıl Cabbarovdan danışdı
 
 

“Hələlik 11-ci sinfi bitirən şagirdlərə attestatlar mövcud qanunvericiliklə veriləcək”. bunu jurnalistlərə açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib. O, təhsil naziri Mikayıl Cabbarovun 11-ci sinfi bitirən bütün məzunlara attestatın verilməsinin tərəfdarı olması ilə bağlı söylədiyi fikrə şərh edib. TQDK sədri qeyd edib ki, bu hələ ki yalnız təklifdir. “Bu təklif müzakirə olunduqdan sonra qərar qəbul olunacaq və sonra icraya keçiriləcək. Hələlik isə mövcud qanunvericilik var və ona uyğun 11-ci sinfi bitirən şagirdlərə attestat veriləcək”.

M. Abbaszadə yeni təhsil naziri haqqında da danışıb və ona fəaliyyətində uğurlar arzulayıb. “Ümidvaram ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və Təhsil Nazirliyinin birgə fəaliyyəti ölkə təhsilinə töhfə verəcək. Təhsil sahəsində hər iki qurumun birgə fəaliyyəti bu sahənin inkişafı üçün uğurlu olacaq. Hər gün yeni təhsil naziri Mikayıl Cabbarovla müəyyən telefon danışıqlarımız olur, müxtəlif məsələlər müzakirə olunur. Həll edilməmiş məsələlər öz həllini tapmalıdır. Bunun üçün də açıq şəkildə müzakirələr aparılır. Yeni nazirlə işgüzar münasibət qurulub və normal fəaliyyət göstəririk”.

 

—————

Back


Categories


Contact

media news

Баку
Азербайджан
1073


+99412 4343413