MİKAYIL CABBAROV KİMLƏRƏ VƏZİFƏ VERDİ?

13/05/2013 10:46

 

MİKAYIL CABBAROV KİMLƏRƏ VƏZİFƏ VERDİ?

MİKAYIL CABBAROV KİMLƏRƏ VƏZİFƏ VERDİ?
DİA.AZ: - Təhsil nazirliyində səhər saatlarından başlayan iclas hələ də bitməyib. Nazirlikdəki mənbədən daxil olan məlumata görə, yeni nazir Mikayıl Cabbarov köklü kadr islahatlarına başlayıb.

DİA.AZ-a nazirlikdə qaynaqlardan verilən məlumatda bildirilir ki, yeni nazir Ramiz Mehdiyevin bütün kadrlarını demək olar ki, işdən azad edib. Halbuki protokola uyğun olaraq onun nazirliyə təqdimatı zamanı Ramiz Mehdiyev də şəxsən iştirak edib.

Məlumata görə, artıq Təhsil Nazirliyinin Aparat müdiri İlham Pirməməmdov və dərslik və nişriyaat şöbəsinin müdiri Faiq Şahbazlı, habelə kənd rayonları üzrə ümumi təhsil şöbəsi, texniki peşə məktəbləri üzrə təhsil şöbəsi, inzibat, maliyyə və strateji planlaşdırma və kadrlar şöbələrinin müdirləri işdən azad ediliblər. 

Nazirlikdə islahatlar mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadədən də yan keçməyib. O, “Azərbaycan müəllimi” qəzetinin baş redaktoru vəzifəsindən də çıxarılıb. Maraqlıdır ki, onun yerinə başqa bir həmkarımız, Səbuhi Məmmədli gətirilib. “Azərbaycan müəllimi” qəzetində Məmmədlinin baş redaktor təyin edilməsini təsdiq ediblər. Sadəcə onun işə sabah başlayacağı deyilir.

Məlumata görə, Məmmədi nazirlikdə mətbuat və ictimaiyyətlə əlaqlər departamentinə də rəhbərlik edəcək.

Məsələni dəqiqləşdirmək üçün Səbuhi Məmmədliylə əlaqə saxlamaq cəhdi baş tutmadı. Onun mobil telefonuna zəng çatmadı.
 

 

—————

Back


Categories


Contact

media news

Баку
Азербайджан
1073


+99412 4343413