Mingəçevir bulvarı çökdü

09/02/2014 09:31

Mingəçevir bulvarı çökdü

 

Tarix 08.02.14, 20:12

Font ölçüsü : - / +
 
bitmap-img6
 


Aydın Mirzəzadə: "İndilərdə Mingəçevir şəhər icra hakimiyyəti başçısının birinci müavini İlham İsmayılovla əlaqə saxladım və məlumatı dəqiqləşdirdim"


Bu gün saat 17 radələrində Mingəçevirdə Kür sahilindəki bulvarın çay üzərindəki döşəməsində bir plitə sökülərək dağılıb. ANS PRESS-in məlumatına görə, bu barədə əslən Mingəçevirdən olan millət vəkili Aydın Mirzəzadə öz “Facebook” səhifəsində status paylaşıb.

Millət vəkili qeyd edib: “1971-ci ildə Kür çayınını sahilində svaylar üzərində bütün sahil böyu piyada yolu yaradılaraq istirahət parkına çevrilmişdi. Mən özüm 13-14 yaşında həmin istirahət zolağının yaradılmasının şahidi olmuşam.

Hadisədən gec xəbər tutduğuma görə indilərdə Mingəçevir şəhər icra hakimiyyəti başçısının birinci müavini İlham İsmayılovla əlaqə saxladım və məlumatı dəqiqləşdirdim.

O bildirdi ki, piyada zolağının salındığı dəmir-beton plitələrdən biri bir anda çöküb. Həmin an təsadüfən onun üzərində olan üç nəfər metryarımlıq çökəyə düşsələr də heç bir xəsarət almayıblar. Hadisə yerinə gələn təcili yardım həkimləri onlarda heç bir zədə müşahidə etməyiblər və onlar sərbəst buraxılıb.

Hal-hazırda şəhərin rəhbərləri hadisə yerindədirlər. Həm indi, həm də sabahdan başlayaraq piyada istrahət yolu ciddi şəkildə yoxlanacaqdır”.

Qeyd edək ki, daha öncə Rauf Hamidli adlı "Facebook" istifadəçisi isə hadisəninşahidi olduğunu və 2 qadin ve 3 azyasli uşaöın suya düşdüyünü bildirmişdi. 

 

 

—————

Back


Categories


Contact

media news

Баку
Азербайджан
1073


+99412 4343413