Natiq Əliyevin həbsi gözlənilir

13/05/2013 10:59

 

Natiq Əliyevin həbsi gözlənilir

Natiq Əliyevin həbsi gözlənilir
Dünya Bankı bununla bağlı Bakıya rəsmi müraciət ünvanlayıb
10.05.2012 / 10:12
 


 



Xatırlayırsınızsa, 1990-cı illərin sonunda özəlləşdirmə vaxtı Azərbaycanın neft sənayesini nəzarətə götürmək iştahı 65 yaşlı konnektikutlu iş adamı Frederik Bourke və onun biznes ortaqlarına olduqca baha başa gəldi. Keçən ilin dekabr ayında Nyu Yorkun Manhattan səmtində yerləşən Federal Apelyasiya Məhkəməsi yüksəkçinli Azərbaycan rəsmilərinə rüşvət verməkdə günahlandırılan amerikalı iş adamına qarşı həbs-qətimkan tədbirini qüvvədə saxlamaqla yanaşı, həm də bu məsələni yenidən gündəmə gətirmiş oldu.



Bildirək ki, 2005-ci ildə açılmış ittiham aktına görə, Bourke 1998-ci ildə çex investoru Viktor Kojeni ilə əlbir olaraq, Azərbaycan rəsmilərini külli miqdarda nağd pul, səhm, başqa hədiyyələrlə ələ alaraq, Dövlət Neft Şirkətinin saxta hərracla özəlləşdirilməyə çıxarılmasına nail olmaq niyyəti güdüblər.



Düzdür, sövdələşmə baş tutmayıb, belə ki, bir ildən sonra Azərbaycan rəhbərliyi şirkətin satılmadığını bəyan edib, buna baxmayaraq, biznes əldə etmək, yaxud icarəyə götürmək üçün xarici hökumət rəsmilərinə rüşvət təklifi və onun icrası ABŞ Xarici Korrupsiya Aktına əsasən, cinayət hesab olunur.



Bourke 2009-ci ildə Nyu York şəhər məhkəməsi tərəfindən bu işə görə bir illik qapalı həbs və daha üç il şərti həbs cəzasına məhkum edilib, həmçinin 1 milyon dollar cərimə olunub.



Onu da xatırladaq ki, keçən ilin fevral ayından etibarən rəsmi Bakı korrupsiyaya qarşı mübarizə elan etdi. Və elə həmin andaca mətbuatda belə bir xəbərlər yayıldı ki, mahiyyətcə «məmurların rüşət pəhrizi»ni xatırladan bu kampaniyanın özündə belə YAP iqtidarı könüllü qərar verməyib və bu proses Dünya Bankının bir layihəsidir. Əslində antikorrupsiya tədbirlərinin daha çox layihə mahiyyəti daşımasını sonradan da cərəyan edən hadisələr də sübuta yetrdi. Belə ki, daha iri rüşvət və korrupsiya mexanizmlərinin mövcudluğu şəraitində büdcənin pulları hesabına formalaşan korrupsiyaya qarşı mübarizə idarəsi xırda məmurları hədəfə almaqla əslində gözdən pərdə asdığını nümayiş etdirdi. Eyni zamanda korrupsiyaya qarşı mübarizə idarəsi adlı qurum, sanki hakimiyyəti başdanbaşa sarımıh rüşvətxor «akulaları» görməyibmiş kimi davranaraq, jurnalist ovunu da özünün ən sevimli peşələrindən birinə çevirdi. Ki, bütün bunlar da Azərbaycanda antikorrupsiyanın daha çox imitasiyasından xəbər verirdi.



Dia.az-a Nazirlər Kabinetindəki mənbələrdən sızan informasiyada isə qeyd olunur ki, beynəlxalq qurumlar, xüsusən də Azərbaycanla antikorrpsiya prosesinin əsas ortağı olan Dünya Bankı məsələni heç də bu şəkildə qoymaq niyyətində deyillər. Və hətta köhnə işlərin də araşdırılmasını rəsmi Bakıya təklif edirlər. Mənbəmiz bildirir ki, Frederik Bourke ilə bağlı qalmaqalın hələ də gündəmdə qalması Dünya Bankını da eyni mövzuya toxunmağa sövq edib: «Artıq bu işin Azərbaycanın da istintaq orqanları tərəfindən araşdırılması ilə bağlı beynəlxalq qurumdan rəsmi Bakıya müraciət daxil olub. Müraciətdə həm də Viktor Kojennini Bakıdakı korrupsioner partnyorlarının kimlikləri ilə bağlı məxfi sənədlər də var ki, onların cəzalandırılması net şəkildə tələb olunur».



Hələlik rəsmi Bakının bu tələbə hansı formada cavab verəcəyini bilməsək də, mənbəmiz yalnız onu söylədi ki, bu gün üzdə olan məmurlardan konkret olaraq cəzalandırılması tələb edilənlərdən biri də sənaye və energetika naziri Natiq Əliyevdir.



Orxan

 

 

—————

Back


Categories


Contact

media news

Баку
Азербайджан
1073


+99412 4343413