Nazir qardaşlarının avtomobilləri – Fotolar

19/02/2014 10:27

Nazir qardaşlarının avtomobilləri – Fotolar

 

Tarix 19.02.14, 0:20

Font ölçüsü : - / +
 

bitmap-img6

 


Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun oğlunun var-dövləti haqqında yayılan xəbərlər və İbrahimov qardaşlarının bu xəbəri iranik təkzibləməsi Azərbaycanın bu məşhur ailəsini bir daha diqqətə gətirdi və onların real maşınlarına maraq yaratdı

 

 
Əvvəlcə qeyd edək ki, Nazim İbrahimovdan başqa Tağı və Sahib İbrahimovlar da Azərbaycan cəmiyyətində tanınır. İş adamı kimi daha çox gündəmdə olan isə təbii ki, “Avesta” konserninin 100 milyardlıq layihəsi ilə daha da məşhurlaşan Hacı İbrahim Nehrəmlidir. Ailənin biznes və vəzifə karyerasının qurulmasında böyük qardaş Hacı İbrahimin müstəsna rolu olduğu deyilir.
 
ATV kanalının keçmiş əməkdaşı Sahib İbrahimovun da hazırda bizneslə məşğul olması Hacı İbrahimlə bərabər, onun da imkanlarının üzə çıxmasına heç bir narahatlıq yaratmır.
 
Beləliklə, bahalı maşınla gündəmə gəlmək narahatlığı olmayan Hacı İbrahim və Sahib İbrahimovun hərəsinin bir “Rolls Royce Phantom” (Eksklüziv variant) avtomobili var: ağ rəngilisi Sahibdə, qara rənglisi isə Hacı İbrahimdədir.
 
Bu maşının qiyməti 300-400 min olaraq qiymətləndirilir.
 
Hacı İbrahimin bundan başqa “Bentley Mulsanne”, “Land Rover Range Rover (2014-cü il model”, “Lincoln Navigator”, “Toyota Land Cruiser Mercedes-benz Viano” maşını var. Bütün maşınları “eksklüziv modellər”dir. Xüsusi sifarişlə hazırlanıb.
 
250-300 min manat arasında qiymətləndirilən “Land Rover Range Rover (2014-cü il model” eksklüziv salonla, aikantaro dəri ilə yığılıb (Şəkildə görünür). 
 
Hacı İbrahimin maşınlarının nömrəsi “480”, Sahib İbrahimovun isə “320”-dir.
 

—————

Back


Categories


Contact

media news

Баку
Азербайджан
1073


+99412 4343413