Paytaxtda qarlı hava ilə əlaqədar təhlükəli yolların siyahısı

31/01/2014 14:44

Paytaxtda qarlı hava ilə əlaqədar təhlükəli yolların siyahısı

 

56Vaqif Əsədov: “Vətəndaşlar mümkün qədər şəxsi avtomobillərdən az istifadə etsinlər”

Bakı yol polisi qarlı hava şəraiti ilə bağlı sürücüləri diqqətli olmağa çağırıb. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib ki, qarlı, anomal hava şəraitində sürücülər təkərlərdə təzyiqin normadan aşağı olmasına fikir verməlidirlər. Yol polisi şaxtalı və buzlu yolları qiymətləndirərək, sürət həddini aşmamalıdırlar. Mümkün qədər şəxsi avtomobillərdən az istifadə etməyi məsləhət bilən Vaqif Əsədov nasaz avtomobillərlə yola çıxmağın çox təhlükəli olduğunu bildirib.

“Sürücülərə məsləhətim budur ki, belə havada nəqliyyatın hərəkət intensivliyini nəzərə alaraq müəyyən edilmiş sürət həddindən artıq sürətlə hərəkət etməsinlər. Çünki sürətin hava və yol şəraitinə uyğun seçilməməsi son nəticədə yol-nəqliyyatı hadisəsinə səbəb olur. Eyni zamanda piyadalar da belə havalarda diqqətli və ehtiyatlı olmalıdırlar. Səki ilə getməlidirlər və avtomobil yoluna çıxmamalıdırlar. Sürücülər əyləc sistemindən mümkün qədər istifadə etməməklə avtomobili sürət qutusunun köməyi ilə hərəkətə gətirilməlidir. Avtomobillərin şüşəsiləni işlək olmalıdır”, – deyə Vaqif Əsədov vurğulayıb.

Yol polisi Bakının Yasamal rayonu ərazisində, hündürlüklərdə, Biləcəri dikində, ümumiyyətlə enişli-yoxuşlu yollarda daha çox ehtiyatlı olmağı məsləhət bilir.

V.Əsədov onu da əlavə edib ki, mümkün qədər sürücülər şəxsi avtomobillərindən az istifadə etsinlər. Mümkünsə ictimai nəqliyyatdan istifadə etsinlər.

Qarlı və şaxtalı hava Bakının yollarında da problemlər yaradıb. Vaqif Əsədov onu da əlavə edib ki, Nəqliyyat Nazirliyinin “Azəravtoyolsevis” ASC-nin texnikası yolların təmizlənməsinə cəlb edilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir.

Qeyd edək ki, Azərbaycan sinoptikləri ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar xəbərdarlıq edib. Yanvarın 30-dan başlayaraq və yanvarın 31-də ölkə ərazisində hava şəraiti daha da kəskinləşib, intensiv və güclü qar yağıb, şaxta qeydə alınıb.

 

—————

Back


Categories


Contact

media news

Баку
Азербайджан
1073


+99412 4343413